Bakıda koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə parklardan, metrodan istifadə edən sərnişinlər arasında profilaktik tədbirlər keçirilib.
APA-nın məlumatına görə, polis əməkdaşları tərəfindən karantin postlarında, parklarda, Bakı metropoliteninin ayrı-ayrı stansiyalarında sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, icazəsi olmayan sürücülər və sərnişinlər barəsində qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.
Metropolitenində polis şöbəsinin və inzibati ərazilərdə xidmətə cəlb olunan əməkdaşlardan ibarət naryad qrupları stansiyaların girişlərində, platformalarında, mövcud preventiv tədbirlərə əməl etməyən şəxslərlə profilaktiki söhbətlər aparıblar.
Avtobuslarda və metropolitenlərə tibbi maskadan istifadə etməyən şəxs buraxılmayıb.
Profilaktiki tədbirlər davam etdirilir.
Qeyd edək ki, qanunvericiliyə görə, qapalı məkanlarda maska taxmaq məcburidir. Maska taxmaq tələbini pozan fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat cərimə tətbiq olunur. Bu xətanın artıq bir dəfə inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnir.