Roman Bəyov Rusiyanın Volqoqrad vilayəti qubernatorunun müavini vəzifəsindən azad edilib.
Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə qubernator Andrey Boçarov sərəncam imzalanıb.
Roman Bəyov qubernatorun sənaye məsələləri üzrə müavini idi.
O, 1963-cü il iyunun 1-də Bakıda anadan olub. İqtisad elmləri doktorudur.