Azərbaycanda yaşı 15-dən çox olan siqaret çəkənlərin sayı AÇIQLANDI
12 avqust 2020 10:34 (UTC +04:00)

Azərbaycanda yaşı 15-dən çox olan siqaret çəkənlərin sayı AÇIQLANDI

Azərbaycanda yaşı 15-dən çox olan əhalinin 15,2 faizi siqaret çəkir.

Lent.az-ın trend-ə istinadla verdiyi məlumata görə, 2019-cu ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, Azərbaycanda 15-19 yaşlı əhalinin 0,2 faizi, 20-44 yaşlı əhalinin 13,6 faizi, 45-64 yaşlı əhalinin 21,5 faizi siqaret çəkir.

Siqaret çəkənlərin 13,2 faizinin yaşı 65-dən çoxdur. Əhalinin 5,3 faizi gündə 20 ədəddən çox siqaret çəkir.

Tədqiqata əsasən, ölkədəki kişilərin 31,8 faizi siqaret çəkir. Ümumilikdə ölkədə 15-19 yaşlı kişilərin 0,4 faizi, 20-44 yaşlı kişilərin 27 faizi siqaret çəkir.

Siqaret çəkənlərin böyük hissəsini 45-64 yaşlı kişilər təşkil edir. Onların 47,2 faizi siqaret çəkir. Siqaret çəkənlər arasında yaşı 65-dən çox olanların faizi isə 30,8 olub.

Ölkədəki qadınların bütün yaş qrupları üzrə siqaret çəkmə göstəricisi 0,0 faiz (məlumat çox kiçik rəqəmlə xarakterizə olunduqda o, 0,0 kimi qeyd edilir-İ.İ) qiymətləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1570
avatar

Oxşar yazılar