Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 517 yeni yoluxma faktı qeydə alınıb, 305 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 15369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8364 nəfər müalicə olunaraq sağalıb, 187 nəfər vəfat edib, 6818 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6980, ötən müddət ərzində isə ümumilikdə 456215 test aparılıb.