Ağstafada gənclər və idman idarəsinə yeni rəis təyin olundu
19 avqust 2020 11:07 (UTC +04:00)

Ağstafada gənclər və idman idarəsinə yeni rəis təyin olundu

Ağstafa rayonunda aparılan kadr islahatları çərçivəsində növbəti təyinatlar olub.

Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, Ağstafa rayon Statistika İdarəsinin rəisi Kənan İbrahimov başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının Ağstafa rayon Təşkilatının məsləhətçisi Nəsimi Hacıyev həmin şöbəyə aparıcı məsləhətçi, Yeni Azərbaycan Partiyasının Ağstafa rayon Təşkilatının aparat rəhbəri vəzifəsinə Tağı İmamverdiyev, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Feyruz Həsənov rayon Statistika İdarəsinin rəisi təyin olunublar.

Bundan başqa, Ağstafa rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev rayon Gənclər və İdman İdarəsinin rəisi, Qabil Məmmədov Ağstafa Suvarma Sistemləri İdarəsinin rəisi, Naqif Mehdiyev Ağstafa İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri, Zakir Nəsibov Ağstafa İcra Hakimiyyəti başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi vəzifələrinə təyin olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2641
avatar

Oxşar yazılar