Acı bibər möcüzəsi - Səkkiz illik araşdırmanın nəticəsi AÇIQLANDI
22 dekabr 2019 09:10 (UTC +04:00)

Acı bibər möcüzəsi - Səkkiz illik araşdırmanın nəticəsi AÇIQLANDI

İtaliyanın Aralıq dənizi Nevrologiya İnstitutunun alimləri çili bibərindən mütəmadi istifadənin ömrün uzanması ilə yanaşı, vaxtından əvvəl ölüm riskini də 23 faizədək azaltdığını müəyyən ediblər.

Lent.az Azərbaycan Milli  Elmlər Akademiyasının (AMEA) saytına istinadən xəbər verir ki,  22 811 nəfərin iştirak etdiyi 8 il davam edən tədqiqat müddətində alimlər iştirakçıların sağlamlıq vəziyyətini nəzarətdə saxlayıblar. Mütəxəssislər mütəmadi olaraq qırmızı acı bibərdən istifadənin (həftədə dörd dəfədən çox) insanların ürək tutmasından vəfat etmək ehtimalını 40 faizədək azaltdığını müəyyənləşdiriblər. Bu zaman beyin qan dövranı pozğunluğu səbəbiylə yaranan ölüm riski səviyyəsi də əhəmiyyətli dərəcədə aşağı enib.

Hazırda alimlər qırmızı çili bibərinə acılıq verən alkoloid-kapsaisin maddəsinin biokimyəvi mexanizmlərini müəyyənləşdirmək üçün tədqiqat işlərini davam etdirməyi planlaşdırır. Məlum olduğu kimi, bu maddə hüceyrələrin mitoxondriyasına təsir etməklə, bədxassəli hüceyrələrin ölümünə səbəb olur.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4950
avatar

Aygün İbrahimli

Oxşar yazılar