Bakı Beynəlxalq Kitab Sərgisində gənc cütlüyün toy fotosessiyası
10 oktyabr 2021 17:17 (UTC +04:00)

Bakı Beynəlxalq Kitab Sərgisində gənc cütlüyün toy fotosessiyası

7-ci Bakı Beynəlxalq Kitab Sərgisində gənc cütlüyün toy fotosessiyası keçirildi!-FOTO

Azərbaycanda ilk dəfə bəy və gəlinin fotosessiyası kitab sərgisində keçirildi.
Lent.az-ın məlumatına görə, “Baku International Book Fair” - 7-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində onların sevimli yazıçısı ilə görüş keçiriləcəyini öyrənən kimi Cavidan Əliyev və Rəhmilə Agayeva toy günü sərgini ziyarət etmək qərarına gəldilər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin stendində yeni evlənənlərə bugünkü ziyarət xatirəsinə Nizami Gəncəvinin kitabı hədiyyə edildi. 7-ci Bakı Beynəlxalq Kitab Sərgisi dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq.
Sevgi həm kitablarda, həm həyatda, həm də sərgidə olur!
Gənc cütlüyə xoşbəxtlik və ailə firavanlığı arzulayırıq!

# 2925
avatar

Oxşar yazılar