Bakının 3 rayonuna içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
"Azərsu" ASC-dən Lent.az-a verilən məlumata görə, buna səbəb Kür-Bakı magistral su kəmərində baş verən qəzadır. Su kəmərində baş vermiş qəza ilə əlaqədar Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olub.
Hazırda qəza olan əraziyə briqadlar və xüsusi texnika cəlb edilib.
Qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.