21 yaşında TARİX YAZAN KİŞİ:  Mediada ilk dəfə - 20:15-də Lent.az-da...
10 noyabr 2021 15:15 (UTC +04:00)

21 yaşında TARİX YAZAN KİŞİ: Mediada ilk dəfə - 20:15-də Lent.az-da...

Siz 21 yaşınızı xatırlayırsınızmı? Yəqin ki yaddaşınız imkan verər geri qayıtmağa. 
Hə, birimiz tələbə, birimiz hərbi xidmətdə, birimiz sadəcə yeniyetməlikdən gəncliyə keçən ömrün bu ilində qayğısız - filansız bir həyat yaşayırdıq. 
Amma bir həqiqət var: gənclik həyatda zaman vahidi deyil, düşüncə tərzidir. Məhz düşüncə tərzi. 

“Biz 21 yaşımızda özümüzü çayxanada düz-əməlli apara bilmirdik. Adam 21 yaşında həm prokurorun əvəzinə iş görüb, həm məhkəmə ekspertinin, həm polisin, həm də bir mühəndisin etdiklərini. 21 yasında e”. 

Belə dedi dostumuz Şəhriyar. Məsciddən çıxanda, onunla görüşdən ayrılanda.
Çox təsirlənmişdi şair dostumuz. Bir müddət dinib-danışmadı da. Düzü, elə mən də. Siqareti-siqaretə calayıb susurduq. Nəhayət, Şəhriyar dilləndi: Mən bu adamı yenidən kəşf etdim. 

***   
İmişlidəyik. Rayonun “Cümə” məscidinin axundu Hacı Adıgözəl Bəşirov vaxt darlığından 15 dəqiqə ayıra biləcəyini deyir. Amma bu 15 dəqiqə 1 saat 15 dəqiqəni belə vurub ötür. 

“Mən heç kimə boğçamı açmamışdım”. Belə dedi Hacı söhbətin sonunda. Söhbət? Eh, bu söhbət də deyildi əslində. Bu, 27 il əvvəl İmişlidə yaşanan qandondurucu bir olayın təfərrüatları idi. 

Soyuqqanlı danışırdı Hacı. Şəhriyarla mən isə həyəcanlı. 
Sanki bu gün olmuş kimi danışırdı axund.
Şəhriyarla mən isə bu yaddaşa heyrət içində. 
Adı, şəxsiyyəti bəlli olmayan 50 azərbaycanlı şəhidin naməlum qəbiristanlığından danışırdı o. 
Biz susurduq. Çünki danışmağa , söz deməyə halətimiz yox idi. 
Hə, 50 şəhid. Sonradan onların otuz doqquzunun sahibi tapılıb. Övladlarını qəbirdən çıxararaq öz yurdlarında dəfn ediblər. 11 qəbir isə hələdə durur İmişlidə, Şəmmədli qəbiristanlığında.
Hacı dəfn olunanlarını fotolarını  göstərir. Mən baxa bilmirəm. Top mərmilərinin, avtomat güllərinin param-parça etdiyi insan sifətlərinə baxa bilmirəm. O, isə onları yuyub-kəfənləyib dəfn edib. Nəinki dəfn edib, hər birinin bədən hissələrinə diqqətlə baxıb, əlamətlərini qeyd edib, sırayla da dəfn edib. Basdırılan bütün şəhidlərin bütün əlamətləri var onda. 

Dünyada milərlə müharibə olub. Dünyada minlərlə naməlum qəbiristanlıq var. Amma dünyanın heç bir yerində heç kim belə bir mükəmməl iş görməyib. 
Və vur-tut 21 yaşında. 
Biz 21 yaşında özümüzü çayxanalarda apara bilmirdik. O, 21 yaşında Azərbaycanın ən böyük rayonlarından birinin axundu idi. 
Biz 21 yaşında gəncliyin kefini çıxarardıq. O, 21 yaşında tarixə yazılacaq iş görürdü, tarix yaxırdı. Elə o tarixin ardıca gəlmişdik İmişliyə. 
Elə o tarixdən yazacağıq. Saat 20:15 də Lent.az-da qaçırmayın. Çünki  Heç yerdə oxumayacaqsınız… 

# 3021
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar