106 ölümə görə şiddətli töhmət: Bir partlayışın TARİXİ
10 mart 2020 17:01 (UTC +04:00)

106 ölümə görə şiddətli töhmət: Bir partlayışın TARİXİ

O televizorlar yadınızdadırmı? Sovetin “Qorizont” televizorları vardı ha, ağ-qara. Başına vura-vura baxardıq. İllah da ki usta gələndə 2-3 nəfər zorla bir yerdən başqa bir yerə aparardıq.

Təsadüfən xatırlamadıq “Qorizont”u. Düz 48 il əvvəl bu gün bu məşhur sovet televizorlarının istehsal edildiyi Minsk radio zavodunda dəhşətli partlayış baş verdi.  Nəticədə 106 nəfər həlak oldu, 300 nəfər yaralandı. Bu, İkinci Dünya Müharibəsindən sonra Belarusiya ərazisində çoxsaylı itkiylə nəticələnən ən böyük partlayış idi.

Partlayışın səhəri günü isə rəsmi qəzetlər sadəcə bunu yazmışdılar:

“Dünən Minsk radio zavodunda ikinci növbə zamanı qəza baş verib. Nəticədə ölən və yaralananlar var. Zərərçəkənlər xəstəxanalara yerləşdiriliblər. Onlara zəruri tibbi kömək göstəriləcək”.

 

Əslində söhbət hansısa qəzadan getmirdi. İş ondaydı ki zavodda güclü partlayış baş vermişdi. Partlayış o qədər güclü olmşdü ki, onun səsi bütün Minskdə eşidilmişdi. Zavodun ikinci mərtəbəsi bütünlüklə uçmuş, insanlar uçmuş binanın qalıqları arasında qalmışdı. Partlayışın səbəbini isə sonralar zavodun havalandırma sistemində baş vermiş hansısa nasazlıqda izah etmişdilər.

Həmin vaxt zavodun 35 min işçisi varmış. İkinci növbədə isə həmin saatlarda 7 min nəfər işləyirmiş.

 

Həlak olanların çoxu qalıqlar altında sox qaldıqlarından donmuşdular. Amma bir nəfər Valeri Soloveyi 3 gündən sonra sağ tapa bilmişdilər. Onun bədəninin hərarəti həmin vaxt 24 dərəcəydi. Amma Valerinin hər iki ayağı sonradan amputasiya edilmişdi.

Partlayışa görə, təbii ki məsuliyyət cəlb edilənlər də oldu. Amma necə? Təsəvvür edin, partlayış baş verən sexin rəisi Nikolay Xomiv 2 il müddətinə azadlıqdan məhrum etdilər. O, 6 ay həbsxanada yatdıqdan sonra amnistiyaya düşdü. Bir neçə nəfərə də cəza verildi: sadəcə şiddətli töhmət.

Minsk partlayışı barədə istintaq sənədləri isə “tam məxfi”  qrifi ilə arxivə göndərildi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1158
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar