100-dən çox avtobus tıxacda qalıb -  SİYAHI
08 iyul 2022 09:35 (UTC +04:00)

100-dən çox avtobus tıxacda qalıb - SİYAHI

Bakıda bir sıra küçə və prospektlərdə tıxac müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən, paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 51 müntəzəm marşrut xətti üzrə 133 avtobusun hərəkət intervalında gecikmələr var. 

1. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13,  38 və M8 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 11-13 dəqiqə gecikmə müşahidə olunur. 

2. Bakı-Sumqayıt şossesi-Bakı Beynəlxalq Avtovağzal Kompleksi-Moskva prospekti-20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29,  67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 11-17 dəqiqə gecikmə var. 

3.  Həsən bəy Zərdabi küçəsi-20 Yanvar dairəsi istiqamətində 7B, 9, 14, 18, 29, 165,  194, 205 və 211 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 13-18 dəqiqə gecikmə yaranıb.  

4.  Abdulla Şaiq küçəsi-İnşaatçılar prospekti-Bakıxanov küçəsindən keçən 3, 17, 14, 37 və 96 saylı marşrut xətləri üzrə avtobuslar 10-16 dəqiqə ntervalla hərəkət edir.

5.  Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda da 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 11-18 dəqiqəyə yaxındır. 

6.  Akademik Həsən Əliyev küçəsi-hər iki istiqamətdə 6, 13, 61 və 83 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 11-16 dəqiqə gecikmə müşahidə olunur. 

7.  Binəqədi şossesi–hər iki istiqamətində 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-16 dəqiqə var.

8.  Xocalı prospekti-Yusif Səfərov küçəsi-Heydər Əliyev prospekti istiqamətində isə 4, 10, 21, 30, 32, 46 və 49 saylı marşrut xətlərindəki avtobuslararası intervallar 10-15 dəqiqə gecikir. 

9. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 127 və 205 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 12-15 dəqiqə gecikmə yaranıb. 

10.  Zabrat Şossesi-şəhər istiqamətində-bu səbəbdən də həmin ərazidən keçən 40, 131, 163, 216, 217 və M8 saylı marşrut xətlərindəki avtobuslar 11-14 dəqiqə intervalla hərəkət edir.

11.  Abdulvahab Salamzadə küçəsi-Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 saylı marşrut xəttlərindəki avtobuslararası intervallarda 11-19 dəqiqə gecikmə müşahidə olunur. 

12.  Tbilisi prospekti–20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 saylı marşrut xətləri üzrə avtobuslar 13-18 dəqiqə gecikir.

# 2106
avatar

Mehman Nəbiyev

Oxşar yazılar