Cənazəsiz qəbirlər tapıldı-FOTO
Cəlilabadda Azərbaycan arxeologiya tarixində ilk hesab olunacaq Atəşpərəstliklə bağlı yeni maddi mədəniyyət nümunələri aşkar olunub. Maddi-mədəniyyət nümunələri Cəlilabad rayonun Seyidbazar kəndində Qaraağaclı bulaq adlanan təpədə tapılıb. Təximinən 20 kvadrat metrlik ərazini əhatə edən yerdə 5 sənduqə tipli qəbir aşkar olunub. Saxsıdan düzəldilmiş qəbir sənduqələr üzərində günəş, ulduz təsvirləri var.
Qəbir abidələri üzərində 18 təsvir olunmuş günəşi əks etdirən xüsusi işarələr var. Eləcə də burada təsvir olunmuş türk ornametlərini əks etdirən xüsusi naxışlara da təsadüf olunur.
Qəbir sənduqələr xüsusi dəqiqliklə hazırlanması deməyə əsas verir ki, həmin dövrdə bu sahə ilə məşğul olan xüsusi sənət növləri olub. Dairəvi formada əks olunmuş işarələr daha çox 6,8 16 və 18 guşəlidir. Bütün qəbirlərin baş tərəfində qoyulmuş xüsusi deşiklər var. Tapılmış nümunələr üzərində araşdırma aparan tarixçi alimlərin dediyinə görə, tapıntılar erkən orta əsrlər dövrünə III-V əsrlərə aidddir. Saxsıdan düzəldilmiş qəbirlər üzərində atəşpərəstlik inanclarının əlamətləri də cəmləşir. Bunlardan ən əsası isə qəbirlərdə meyitlərin yandırılaraq basdırılmasıdır.
Arxealogiya və Etnoqrafiya İnstitunun əməkdaşı Abuzər Ələkbərovun bildirdiyinə görə, qəribəlik ondadır ki, qəbirlərdə cənazələr yoxdur. “Bunların unikallığı ondan ibarətdir ki, qəbirlərdə cənazə yoxdur. Bunlar gildən hazırlanıb. Hissə-hissə bişirilib və gətirilib burada yığılmış sənduqələrdir. Bunlar birbaşa atəşpərətstliklə bağlıdır”.
Qeyd edək ki, atəşpərəstliklə bağlı müxtəlif ərazilərdə müəyyən nümunələr tapılsa da, bu dini baxışların əks olunduğu məzar nümunələri indiyə kimi aşkar olunmayıb. Bu baxımdan hazırkı tapıntı Azərbaycan arxeologiyası tarixində ilklərdən hesab oluna bilər. Elə ərazinin bu unikallığı nəzərə alınaraq, yaxın günlərdə Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası ərazidə tədqiqat işlərinə başlayacaq.
ANSPRESS

1436