“İki sahil” qəzetinin 20 illiyi ilə bağlı tədbir keçirilib
Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, qəzetin 20 illik yubileyinə həsr olunmuş tədbiri açan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, “İki sahil” son dərəcə əhəmiyyətli olan bir dönəmdə meydana atılıb.
Əflatun Amaşov bildirib ki, qəzet ilk saylarından böyük rəğbətlə qarşılanıb, tez bir zamanda ətrafında geniş oxucu və yazarlar auditoriyası formalaşıb. Nəşrin arxivlərdə qorunub saxlanılan sayları Azərbaycanın ikinci dövlət müstəqilliyinin bərpası yolundakı xidmətlərini əyani təcəssüm etdirir. Bu yazılardan dövrün gerçəkliklərinə jurnalistlərimizin vətəndaşlıqdan yoğurulan peşəkar baxışları, cəsarətləri boylanır. Onun sözlərinə görə, qəzetin məramı sahillərin qovuşması, bütövləşmə ideyalarının gerçəkləşməsi olub. Bu isə ilk növbədə müstəqilliyin təminatından, suveren dövlət kimi təməllərinin möhkəmlənməsindən başlanmalıdır. “İki sahil”də indinin özündə də bu səpkili materialları oxumaq xoşdur. “İki sahil” qəzetinin hazırda Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında oynadığı roldan danışan Mətbuat Şurasının sədri qeyd edib ki, qəzet ölkəmizdə media ənənələrinin formalaşmasında özünəməxsus rola və mövqeyə malikdir.
“İki sahil” qəzetinin təsisçisi olan ARDNŞ-in maliyyə-uçot idarəsinin rəis müavini Rəşid Hüseynov müasir dövrdə ölkəmizdə neft sənayesinin inkişaf xüsusiyyətlərindən söhbət açıb və bu prosesdə yubileyi qeyd edilən kütləvi informasiya vasitəsinin müstəsna xidmətlərinin olduğunu önə çəkib.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında “İki sahil”» qəzetinin ilkin formalaşma mərhələlərindən söhbət açıb: “Vəziyyətin çox gərgin olduğu vaxtlar idi. O zaman Qəzet-Jurnal Ekspedisiyası deyilən qurumun rəisi vəzifəsini tuturdum. Nəşrlər müəyyən qrafiklə çıxırdılar. Lakin problemlər yarandıqda bu qrafik pozulurdu və onda onların rəhbərləri qəzetlərinin çıxa bilmələri üçün bizə müraciət edirdilər. Vüqar Rəhimzadə ilə tanışlığım da beləcə olmuşdu. “İki sahil”in məsul katibi kimi yanıma gəlmişdi. İkinci dəfə gələndə artıq redaktor idi”.
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov hazırkı qəzet bolluğunda hansısa nəşrin cəmiyyətdə özünə yer tapa bilməsini olduqca çətin proses kimi dəyərləndirib: “Bu mənada “İki sahil” böyük vəzifənin öhdəsindən gəlib. Özünə geniş oxucu auditoriyası toplaya bilib. Azərbaycanın uğurlu neft strategiyasının həyata keçirilməsində də “İki sahil” qəzetinin müstəsna rolu var. Qəzetin ən mühüm xüsusiyyətlərindən biri dəst-xəttinə sadaqətlidir. Bu xətt müxtəlif dövrlərdə müxalif də olub, iqtidaryönümlü də. Amma prinsiplər dəyişməz qalıb. Heç vaxt sapmalar olmayıb. Ötən müddət ərzində nəşri xarakterizə edən vacib cəhətlərdən biri və ən başlıcası elə budur”.
“Olaylar” qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz də çıxışında “İki sahil” qəzetinin ağır məhrumiyyətlər dönəmində nəşrə başlamasını və fəaliyyətini cəsarət nümunəsi kimi xarakterizə edib. “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas bildirib ki, “İki sahil” qəzeti öz fəaliyyəti ilə Azərbaycanın media məkanındakı boşluqları çox məharətlə dolduran mətbu orqandır. Bakı Dövlət Universitetinin professoru Musa Qasımlı vurğulayıb ki, “İki sahil” deyəndə yada ilk düşən Arazın iki sahilidir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu da yubileyi qeyd edilən nəşrin 20 illik fəaliyyət tarixindən söhbət açarkən onun uğurları üçün çalışan kollektivin əməyini fərqləndirib. “İki sahil” qəzetinin oxucularının əhəmiyyətli qisminin neftçilərdən ibarət olduğunu dilə gətirən ARDNŞ-in vurğulayan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev diqqəti mətbu orqanın ölkəmizdə neft strategiyasının həyata keçirilməsindəki rolundan danışıb.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qeyd edib ki, 20 ilik ömür yolu bir qəzet üçün böyük zaman kəsiyidir: “İstərdik ki, “İki sahil”in əsas xəbərlərindən biri “İki sahil qovuşdu” olsun”.
Azərbaycan Jurnalistlər Birliyinin katibi Şahin Hacıyev tədbirdə “İki sahil” qəzetinin bir qrup əməkdaşına AJB-nin fəxri diplomlarını təqdim edib. Sonda çıxış edən baş redaktor Vüqar Rəhimzadə “İki sahil” qəzeti barədə deyilən xoş sözlərə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib: “Bu gün mənim həyatımda, eləcə də “İki sahil”in ömür yolunda çox əlamətdar bir gün yaşandı. Hər birinizə dərin minnətdarlığımı bildirirəm. Əmin edirəm ki, bundan sonra da Azərbaycan dövlətçiliyinə, onun siyasi kursuna sadiq olacağıq”.

1056