“İzmir nağılı”, sarışın, yaşıl gözlü qızlar və solçu partiya başqanı – REPORTAJ
Bəli, İzmirə çatmışdıq. Solçuların, Sezen Aksunun və gözəl qızların şəhərinə. Bu arada, başım söhbətə qarışdı, İzmirə səfərimizin səbəbini ərz eləmədim. Vallah, açığı, mən tələsdiyimiz rəsmi tədbirin məqsədini nə əvvəl, nə də tədbirdən sonra tam olaraq anlamadım. Amma bu, Türkiyədə yaşayan azərbaycanlıların birinci qurultayı idi. O qurultaya ki, mənim kimi sıradan şəxslərlə yanaşı Qənirə Paşayeva, Gülər Əhmədova, Aqil Abbas, Zəlimxan Yaqub kimi tanınmış ziyalılar da gəlməli idi. Amma təşkilatçının bizə yanıb yaxıla-yaxıla nağıl elədiyinə görə, bəzilərinə bilet, yer sifariş edilməsinə, ziyalılarımız isə son günə qədər gələcəklərini söz vermələrinə baxmayaraq, onlar vədlərinə xilaf çıxmışdılar...
İndisə, icazənizlə keçim gözəlim İzmirin nağılına.
Təşkilatçılar bizi adamın evi qədər isti və şirin “Yaman Otel”də yerləşdirən kimi, ilk işimiz duş alıb, gözümüzün acısını dərmək oldu. Otaqda üç nəfər – Aynur İmranova, Firuzə Əsədullayeva və mən qalası olmuşduq.
Həmrəyliklə yatıb-oyanandan sonra, Aynur İmranovanın Türkiyədə yaşayan vəkil dostu Zaur zəng edərək, bizi aşağıda gözlədiyini dedi. O bizi şəhərdə gəzdirəcək və burada yaşayacağımız yaxın günlər üçün “instruksiya”lar verəcəkdi.
“İzmirli” Zaur
TQDK-nın testlə ali məktəblərə qəbul elədiyi, xaricə oxumağa göndərdiyi, sonra da Allahın və Türkiyə Cümhuriyyətinin ümidinə buraxıb, yadından çıxartdığı ilk tələbələrdən olan Zaur, atam-qardaşım olsun, əla oğlan çıxmışdı. Hövsələli, deyib-gülən, zarafatcıl, əli və ürəyi açıq. Qürbətdə yaşayan bütün adamlar kimi, həmvətənlərini görəndə sevindiyindən özünə yer tapmırdı. İzmirdə qaldığımız bir həftə ərzində o demək olar ki, gün uzunu bütün vaxtını bizə sərf elədi, bizə bütün şəhəri göstərdi, nazımızı çəkdi, hərdən əsəbiliyimizi, hərdən kobudluğumuzu anlayışla qarşıladı, hətta hərəmizə bir hədiyyə almağı da unutmadı. Və ayrılanda nə vaxt İzmirə gələrsək, yardım üçün onu axtarmağımızı da bərk-bərk tapşırdı.
İzmir
İfadə nə qədər banal səslənsə də, sözün əsl mənasında İzmir şəhərlər gözəlidir. Suyu sevgili gözləri kimi yaşıl, duru, arada köpüklü, arada ləngərli Egey dənizinin sahilincə uzanıb-gedən bulvarlı, işıqlı, çiçəkli şəhər. Gəliş-gedişli küçələri açıq kafelərlə, çay bağçaları, qəlyan evləri ilə dolu, mərkəzi küçələrində maşınların işləmədiyi, piyadaların rahat-rahat gəzişdiyi İzmir. Elə bil, gözəlliyinə arxayın, amma bunu üzə vurmayan təvazökar qadındır bu şəhər. Bir-birinə olduqca sıx, az qala bitişik binalarda, çiçəklərlə dolu balaca balkonları görəndə, Sezen Aksunun doğma şəhərinin qızları ilə bağlı mahnının sözləri yadıma düşür: “parfümü “məltəm”, yasəmənlər açar balkonunda”…
Mən İzmiri doyunca yaşamağa çalışdım o günlər ərzində. Hər şeydən narahat, hər qayğını faciəyə çevirərək, iki dəqiqədən bir məni özümdən çıxaran Aynurla tez-tez küsüb-barışmağmıza, telefonsuz olduğumuzdan, tez-tez bir-birimizi itirdiyimizə baxmayaraq, ayrılmadıq və İzmirin gündüzünü, gecəsini, küçəsini, küçə musiqisini, mağazalarını, kafelərini, “pab”larını – hər şeyini yaşadıq… Mən ilk dəfə idi ki, kafedə özümdən başqa oğlanlarla içki içən və buna görə əsəbi, həqarət dolu baxışlara tuş gəlməyən qızları görürdüm. İlk dəfə idi ki, gəncliyi belə sərbəst, rahat, həyatı adam kimi yaşayan görürdüm. İlk dəfə idi ki, küçədə siqaret çəkə-çəkə addımlayan qadınları, bu qadınların yanlarında rahatca gəzən kişiləri görürdüm. İlk dəfə idi ki, mağazalarına, salonlarına girən tərləmiş müştəriyə “Yorğunsun, ablam, otur bir çayımı iç” deyən satıcılar, bərbərlər görürdüm. Açıq kafelərin, çay evlərinin yanında dayanıb, yoldan ötənləri evinə dəvət edirmiş kimi, xoş üzlə, şirin dillə çağıran qarsonları görürdüm…
Və inandım ki, “Türkiyənin sifəti İzmirdir. Nə Ankara, nə İstanbul, nə Bursa, məhz İzmir” deyənlər doğru deyir.
İzmirin qızları
Sezen bacı “hiç bir topuk tıkırtısı bu kadar davetkar çalamaz” desə də, mən doğrudan da çox gözəl olan İzmir qızlarının topuqlu ayaqqabı geyindiyini heç görmədim. Gülər üzlü, yığcam ağız-burunlu, əksəriyyəti sarışın, yaşılgöz olan bu qızların demək olar ki, hamısı çox sərbəst, bəzən hətta oğlansayağı geyinir. Dindirəndə xoş üzlə cavab verərlər, davranışları mülayim, küçədə sərbəst, kafelərdə səs-küylüdür İzmir qızları. Siqareti siqaretə calayanı da var, rakı qədəhini bu masadan o bir masaya uzadıb toqquşduranı, ilk dəfə gördüyü qıza-qadına kompliment deyəni, siyasətdən çılğın-çılğın danışanı da. Axşamlar oğlan tanışlarına qoşulub, kafelərə, “pab”lara axışır, deyib-gülür, gəncliklərini yaşayırlar. Gündüzlər işləyəni də var, tələbə hərəkatlarına qoşulanı, özünü ictimai işlərlə yoranı da.
İki gün izmirli solçunun qonağıyıq
Səfərimizin ikinci günü Nahid Canbaxışlının türk dostu Ahmet bəylə tanış olduq. 50-55 yaşlarında olan Ahmet Beydilli Türk İşçi Partiyasının İzmir ilçə başqanıdır. İki yaşılgöz övladı, bir qoca anası, bir də başı partiyasının işlərinə qarışmış arvadı var. Evinin divarında “üç dahi solçu” adı ilə özünün, Dəniz Gəzmişin və Çe Gevaranın şəkillərini yanaşı asıb.
Ahmet bəy bir dəfə Azərbaycanda olub. Bizimkilərin qonaqpərvərliyindən, mehribanlığından elə razı qalıb, elə təsirlənib ki, harada azərbaycanlı görür-görsün, o qonaqpərvərliyin əvəzini çıxmağa çalışır.
İzmirli solçu iki gün partiyanın işlərini buraxıb, bizim vaxtımızı mənalı keçirməmiz üçün əlindən gələni elədi. Efes xarabalıqlarını, Məryəm ana məbədini, Kuşadasını gəzdirdi. Bağ evində səhər yeməyinə, şəhərdəki evində axşam yeməyinə qonaq elədi. Düzdü, arada-bərədə ağzımıza gələni danışıb, kişini şoka salırdıq, amma onun azərbaycanlılara olan rəğbəti elə güclü idi ki, xoş təbəssümünü bir an da olsun, bizdən əsirgəmədi. Hətta solçuluğunu, müxalifətçiliyini zarafata salıb “hocam, sizi izləyirlərmi?”, “gizli kameraya yakalandınızmı?”, “heç kasetiniz çıktımı?” deyə, gic-gic suallar verəndə də, fağırın əlindən yumşaq-yumşaq gülümsəməkdən başqa heç nə gəlmədi.
Bu arada Zaur bizim onun qonaqpərvərliyindən imtina edib, bir türk solçusu ilə ona “xəyanət” eləməyimizdən bərk incidi. Hirsindən türkləri solçulara, solçuları türklərə qatdı. Amma qərib adam üzüyola olur - tez də barışdıq və özü demişkən, əyləncə bitdiyi yerdən davam elədi.
Çeşməyə gedirik
Əyləncə əyləncəliyində, amma qurultay başlayırdı. Biz qurultayın şəhər mərkəzində keçiriləcəyini, gündüzlər tədbirdə iştirak edib, axşamlar yenə doyunca İzmiri yaşayacağımıza, bir neçə saatlıq da olsa, avara-avara gəzəcəyimizə ümid edirdik. Amma məlum oldu ki, qurultay İzmirdən iki saatlıq yolu olan Çeşmədəki dəbdəbəli bir oteldə keçiriləcəkmiş. Qanımız it qanına döndü. Vaxt tapıb, qaldığımız Alsancağa da, “Yaman Otel”ə də öyrəşmişdik. Amma nə etməli? Buraya gəzməyə gəlməmişdik.
Çamadanlarımızı qablaşdırdıq. Hələ də qayğımız çəkməkdə davam eləyən Ahmet bəy bizi Çeşməyə aparmağı öz üzərinə götürdü…
Səhər üç yüz azərbaycanlının qatıldığı qurultay başlayacaqdı. Allah köməyimiz olsun!
(Ardı var)

1971