                        Axşam yağış yağacaq
                                    
                                    0
                                
                                    0
                                
                                Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. 
Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, gündüz 5-7 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, martın 11-də hava şəraitinin, əsasən gecə və axşam arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-4 dərəcə isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.
Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.