Təhsil Nazirliyində antikorrupsiya müşavirəsi
Bu gün Təhsil Nazirliyində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, ali və orta təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə keçirilən toplantıda təhsil müəssisələrində korrupsiya və rüşvətxorluq əleyhinə aparılan tədbirlərdən danışılıb.
Təhsil naziri Misir Mərdanov çıxışında nazirlik tərəfindən vətəndaşların hüquq və azadlıqlarının daha səmərəli şəkildə təmin olunması, şəffaflığın daha da artırılması sahəsində tədbirlərin davam etdiyini deyib. Onun sözlərinə görə, Təhsil Nazirliyinə vətəndaşların müraciət, ərizə və şikayətləri vaxtında və mahiyyəti üzrə araşdırılır, qanunvericiliklə müəyyənləşdirilən zəruri tədbirlər həyata keçirilir. Nazirlikdə bir neçə qaynar xətt fəaliyyət göstərir.
Misir Mərdanov bildirib ki, 2010-cu ildə nazirliyə vətəndaşlar tərəfindən 7251 nəfər müxtəlif məsələlərlə bağlı müraciət edib. Müraciətlərin əksəriyyəti ümumtəhsil məktəbləri ilə bağlı olub. Onun fikrincə, ərizə və şikayətlərin çox olmasının səbəbi yerlərdə vətəndaşların şikayətlərinə, onların sorğularına lazımi cavabın verilməməsidir.
İclasda qeyd edilib ki, ötən il Bakıdakı 26, 37, 61, 79, 110, 141, 192, 208, 228 və 321 nömrəli məktəblərin direktorları işdə yol verdikləri nöqsanlara görə vəzifədən azad olunub, 38, 94, 139, 151, 176, 270 nömrəli məktəblərin direktorlarına müxtəlif dərəcəli töhmət verilib, 146 məktəb direktoruna isə xəbərdarlıq edilib.
Bundan başqa, Bakının 18, 76, 119 və 258 nömrəli məktəblərindən daxil olan məlumatlara əsasən ayrı-ayrı fənn müəllimləri, sinif rəhbərləri məktəb müdiriyyəti tərəfindən inzibati tənbeh olunublar. Dəniz Balıq Sənayesi Kollecinin və 6 nömrəli Bakı peşə liseyinin direktorlarına xəbərdarlıq edilib, həmin təhsil müəssisələrinin mühasiblərinə isə töhmət verilib.
Elxan SALAHOV

Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33