Səməd Seyidov: “Özünü çəkən, insanların xahişlərinə yuxarıdan aşağı baxan məmurları başa düşmürəm” - MÜSAHİBƏ
“Persona” rublikasında Lent.az-ın bu dəfəki qonağı Avropa Şurasının Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞ PA-nın vitse-prezidenti, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, psixologiya elmləri doktoru, professoru, Beynəlxalq Psixoloqlar Assosiasiyasının üzvü Səməd Seyidovdur. Səməd müəllimlə söhbətimiz onun iş fəaliyyəti, ailə həyatı, dostluq və istirahət məsələlərinə baxışı və digər mövzuları əhatə etdi.
- 9 ildir ki, ADU-nun rektoru, 6 ildir ki, Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbərisiniz. Belə bir həyat yaşamaq nə dərəcədə çətin, nə dərəcədə asan, maraqlı, yaxud maraqsızdır?
- Əlbəttə, çətindir. Ancaq hər bir insanının həyatını səciyyələndirən maraqlı və vacib hadisələr olur. Mənim həyatımda bu məsuliyyətli işlərin həyata keçirilməsi ən vacib məqamlardır. Millətim üçün işləyirəm, Azərbaycanın inkişafı üçün fəaliyyət göstərirəm. Ona görə hansısa bir ağırlıq, çətinlik olsa da, onlar hamısı başa düşüləndir. Həm ADU-dakı yeniliklər, həm də AŞ-dakı Avropa dəyərləri bizim üçün çox vacibdir. Biz ADU-da Avropa və dünya dəyərlərini inkişaf etdirir, AŞ-da da həmin dəyərləri Azərbaycana gətiririk. Heç də təsadüfi deyil ki, bu gün ADU-da Qərbin aparıcı ölkələrinin mərkəzləri fəaliyyət göstərir. Bu sırada ABŞ, Almaniya, Fransa, Böyük Britanya, İtaliya, İspaniya, Avstriya, Norveç, İsrail mərkəzlərini qeyd etmək olar. Sualınız təbiidir, ancaq hesab edirəm ki, təhsil sahəsində və AŞ-da fəaliyyət göstərsəm də, istiqamət birdir. Bu iki fəaliyyətim məntiqi cəhətdən bir-birini tamamlayır. Sadəcə, insan gördüyü işə məsuliyyətlə yanaşmalıdır. Kim deyirsə ki, 24 saat onun üçün azdır, deməli, vaxtını səmərəli istifadə edə bilmir.
- ADU-nun rektorusunuz, tərcümeyi-halınızda ingilis, rus və digər dilləri mükəmməl bildiyiniz qeyd olunur. Ancaq ixtisasca psixoloqsuz...
- Psixologiya, pedaqogika ailəmizdə olan, nəsillikcə gələn bir peşədir. Psixoloqlar, pedaqoqlar və müəllimlər ailəsində dünyaya gələn uşaq məhz o mühitdə formalaşırsa, o elmlərə də maraq göstərir. Mənim valideynlərim, o cümlədən valideynlərimin valideynləri pedaqogika və psixologiya elmləri ilə məşğul olan şəxslər olub. Uşaqlıqdan o kitabları oxuyan və bu mühitdə formalaşan bir gənc kimi təbii olaraq bu istiqaməti və bu ixtisası seçmişdim. Digər tərəfdən, ailəmizdə Azərbaycan, rus dillərini hələ demirəm, ərəb, alman, ingilis dillərində ailəmizdə həmişə söhbətlər, ünsiyyət olub. Yəni ailəmizdə həm psixoloji, həm də polilinqivistik mühit mövcud idi.
- Ali məktəbə sənəd verərkən kimin təsiri həlledici olub, məsləhətini əsas götürmüsünüz?
- Uşağın formalaşmasında birinci və əsas amil ailədir. İnsan ailə vasitəsiylə dünyanı dərk edir. Təbii ki, məktəb də böyük rol oynayır. Ancaq tədqiqatlar göstərir ki, ailənin təsiri, ailədə gedən proseslər gəncin formalaşmasında ən ali təsirə malikdir. Təsadüfi deyil ki, Azərbaycanda bir ümddət əvvəl Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Dünyanın aparıcı psixoloqları, pedaqoqları ailənin inkişafı, qorunub saxlanması və ailənin içərisində şəxsiyyətin rolunun formalaşması ilə bağlı xeyli tədqiqatlar aparıblar. Ailənin təsiri çox böyükdür. Amma şəxsiyyətin formalaşmasında insanın öz xüsusiyyətləri, düşüncələri də mühüm rol oynayır. Mən bu istiqamətdə elmi kitablarla tanış olaraq, insanın düşüncələrinə, daxili aləminə, davranış qaydalarına meyl göstərmişəm. Bu, psixologiyanın mahiyyətidir.
O dönəmdə Azərbaycanda psixologiya fakültəsi yox idi, sonradan müstəqillik dövründə yarandı. Ona görə də seçimim birbaşa o zaman Leninqrad, indiki Sankt-Peterburq Dövlət Universitetinin psixologiya fakültəsi, bu fakültənin içərisində sosial psixologiya istiqaməti oldu. Cəmiyyətdə gedən proseslər, cəmiyyətin içərisində formalaşan fikirlər, ideyalar, şəxsiyyətlərarası münasibətləri öyrənmək mənim peşəmdir.
- Bəs iş rejiminiz səbəbindən ailənizdə şikayətlənmirlər ki? Ailənizdə uşaqların ağırlığı daha çox həyat yoldaşınızın üzərinə düşüb, yoxsa ailənizə yetərincə vaxt ayıra bilmisiniz?
- Bu, çox gözəl bir sualdır. Söhbətimiz elə alındı ki, ailədən danışdıq. Mən hesab edirəm ki, fəaliyyətimin uğurlu, yaxud səmərəli, effektli olmasının əsas səbəbkarlarından biri ailəmdə olan mühit, qarşılıqlı hörmətdir. Bu olmasadı, yəqin bu gün biz sizinlə söhbət etməzdik. İnsan müxtəlif məsuliyyətlərə malikdir. O məsuliyyətlərin içərisində də ən böyüyü öz ailəsi, öz uşaqları, öz yaxınları ilə bağlı daşıdığı məsuliyyətdir. İşin, fəaliyyət növünün yüksək səviyyədə təşkil olunması ailə münasibətlərinin düzgün təşkil olunmasıyla birbaşa bağlıdır. Ailə münasibətləri normaldırsa, insan üçün çətinlik yaratmırsa, problemli deyilsə, o halda iş fəaliyyəti də normal olur. Lakini o ailə içərisində heç bir problem yoxdursa, o ailə deyil, gec-tez dağılacaq. O ailə içərisində səhərdən axşama kimi problemlər olursa, o da ailə deyil, o da mütləq gec-tez dağılacaq. İçərisində normal münasibətlər zəmnində problemlərin həlli mövcuddursa, bu ailə möhkəm olacaq. Həyat özü problemlərdən ibarətdir və ailə üzvləri həmin problemləri həll etmək üçün birgə fəaliyyət göstərirsə, qarşılıqlı hörmət mövcuddursa, bu, real bir ailədir.
- Səh etmirəmsə, yoldaşınız müəllimədir.
- Yoldaşım bu universiteti bitirib və hazırda dizayner kimi fəaliyyət göstərir.
- Övladlarınız necə, həyatda arzuladığınız istiqamətdə getdilər, yoxsa onların arzuları tamamilə fərqli oldu?
- Bir oğlum, bir qızım var. Oğlum hazırda daha çox iqtisadyyat və iqtisadiyyatın hüquqi tənzimlənməsiylə maraqlaır. Pis seçim deyil. Ancaq görürəm ki, getdikcə ailəmizdəki mühit təsir edir, o da fəlsəfi, psixoloji məqalələri, fikirləri, düşüncələri öyrənir.
Qızım isə hələ məktəbə gedir. Ona görə də qızımın həyatda dəqiq peşə seçməsi, bu istiqamətdə formalaşması dörü gəlib çıxmayıb. Ancaq peşə seçimini dəqiqləşdirmək istiqamətində artıq düşünməyə başlayıb. Hesab edirəm ki, hər ikisi yüksək səviyyəli Azərbaycan gəncidir. Allah onlara imkan versin ki, sözdə yox, əməldə Azərbaycanın layiqli vətəndaşları olsunlar.
- Bəs istirahətə necə vaxt ayırırsınız, ümumiyyətlə, istirahət anlamını necə qəbul edirsiniz?
- İstirahət anlayışı haqqında danışanda məşhur Rusiya fizioloqu İ. P Povlovun sözləri yada düşür. İstirahət bir fəaliyyət növündən başqa fəaliyyət növünə keçiddir. Bəziləri istirahəti uzanıb yatmaq, yaxud heç bir fəaliyyət göstərməmək kimi başa düşürlər. Bu, istirahət deyil, özünü məhvdir. İstirahət sözün əsl mənasında bir fəaliyyət növündən digər fəaliyyət növünə keçid deməkdir. İnsan yaşayırsa, nəfəs alırsa, o, heç vaxt mən dediyim mənada istirahət edə bilməz. Siz kitab oxuyub yorulursunuzsa, başqa bir işlə məhğul olursunuz. Sadəcə, fizioloji baxımdan vaxtı gələndə uzanıb yatır, səhər tezdən də durursunuz. Heç fəaliyyət göstərməməklə, yalnız uzanıb yatmaqla insan yorular. İnsan üçün ən böyük çətinlik heç nə etməməkdir. İnsan fəaliyyətlə məşğuldursa, heç vaxt yorulmur.
Mən istirahət edən zaman hansısa kitabı oxumağı, yaxud kitabdan yorulan zaman öz düşüncələrim içərisində hansısa bir gözəl gəzinti təşkil etməyi çox xoşlayıram. Ancaq fəaliyyət səmərəlidirsə, əhəmiyyətlidirsə, o özü fəaliyyətin içərisində mənəvi istirahəti ehtiva edir.
- Bəs Səməd müəllimin dostları kimlərdir, hansı sferaları əhatə edir, orta məktəb, tələbəlik illərindən hansı dostları var, onlara vaxt ayıra bilirmi?
- Məktəb illərində dostluq etdiyim insanlarla indi də əlaqə saxlayıram. Tələbəlik illərindən də dostlarım çoxdur. Amma Leninqrad Dövlət Universitetində birgə oxuduğum insanlar dünyanın müxtəlif yerlərində yaşayırlar. Onlarla ünsiyyət saxlamaq o qədər asan deyil, amma hərdən olur. Ancaq məktəb illərində dostluq etdiyim şəxslərlə bu gün də çox yaxın dostluq edirik. Təbii ki, həm ADU-da, həm də Milli Məclisdə xeyli dostlarımız var. Ancaq bu dostluğun özünə də düzgün baxış lazımdır. Hisslərimiz eyni istiqamətdə cərəyan edirsə, düşüncələrimiz təxminən üst-üstə düşürsə, fikirlərimiz bir-birinə zidd olsa da, bir-birimizi başa düşə biliriksə, onlarla dostluğa insan çox meyilli olur. Bu baxımdan dostluğun özünü də bir neçə sahəyə ayırmaq mümkündür.
- Bir rektor, millət vəkili, komitə sədri kimi yəqin ki, sizə sırf öz şəxsi maraqlarına görə yaxınlaşan, süni dostluq görüntüsü yaradanlar da olur. O insanlara necə münasibət bəsləyirsiniz?
- Bir şeyi yaddan çıxarmaq laxım deyil. İnsanı vəzifəyə ona görə təyin etmirlər ki, problem yaratsın. İnsanı vəzifəyə təyin edirlər ki, problemləri həll edərək həmin sahəni inkişaf etdirsin. Heç bir insan, o cümlədən dost vəzifəli şəxsin yanına elə-belə gəlmir. Yəni onun hansısa dərdi, problemi var. Heç kim xahiş etməyi xoşlamır, ancaq həyat bəzən məcbur edir. Ona görə də bunu təbii qarşılamaq lazımdır. Mən özlərini həddən çox çəkən, insanların xahişlərinə bir qədər yuxarıdan baxan məmurları başa düşmürəm. Əlbəttə, sənin nüfuzun, səlahiyyətin, imkanın başqa insanlardan daha çoxdur. Bu imkanı, əlaqələri yaradaraq sənə imkan veriblər ki, başqa insanların problemlərini həll et. Vəzifənin və məsuliyyətin mənası bundan ibarətdir. Mənası ondan ibarət deyil ki, qapını bağlayıb, heç kimi buraxmayasan. Gərək sənin yanına öz dərdlərinə çarə axtaran insanlar gəlsin və sən də bu məsələləri həll edəsən.
Ona görə də sualınızın qoyuluşu ilə o qədər də razı deyiləm. Bəzən edilən qeyri-qanuni xahişlərə gəlincə, təbii ki, onların qarşısı alınmalıdır. Ancaq xoş niyyətli, hansısa məsələlərə görə öz həllini tapmamış problemlərin həllinə kömək etmək hər bir vəzifə sahibinin borcudur. Mənim məqsədim heç vaxt vəzifə olmayıb. Məqsədim həmişə millətimizə, gəncliyimizə, hökumətimizə doğurdan da xeyir gətirən bir işin yerinə yetirilməsi olub. Mən özümdə bu gücü hiss etmişəm, hiss edirəm və bacardığım qədər həm yaradıcılığımda, həm fəaliyyətimdə bunu edirəm.
- Deməli, yaradıcılığa da vaxt ayırırsınız?
- Heç vaxt yaradıcılığı yaddan çıxarmıram. Bu gün də bu sadaladıqlarım məsuliyyətləri yerinə yetirməklə yanaşı, psixologiya elmi ilə bağlı kitab da yazıram, yaxınlarda işıq üzü görəcək. Başqa cür mümkün deyil. Allah tərəfindən verilmiş bu qısa müddəti səmərəsiz istifadə etsək, nə üçün bu dünyaya gəlmişik? Əslində insan psixologiyasına xas olan belə bir xüsusiyyət var ki, zaman onun üçün müddətsizdir. Hər bir insan fikirləşirsə ki, məhz o əbədidir, məhz o müddətsizdir, o yanlışlığa yol verir. Amma hamının müddəti var, zamanın hökmü müddətdir. Bu haqda nə qədər düzgün düşünsək, bir o qədər vaxtımızdan səmərəli istifadə edərik.
- Gənc Səməd Seyidov və hazırda müsahibimiz olan Səməd Seydiov arasında hansı fərqlər var?
- Hər bir yaş dövrünün öz psixoloji xsusiyyətləri, özünəməxsus əlamətləri var. 10, 20 il əvvəl prioritet olan məsələlər indi prioritet ola bilməz. Ancaq bununla yanaşı dəyişməz və həyatın sütununu, məqsədlərini təşkil edən məqamlar da mövcuddur. Onlardan da biri Azərbayana xidmət etməkdir.
Bu gün mən görəndə ki, Azərbaycanın səsi millətlər içərisində ucadır, çox kiçik ölkə olduğu halda yaradıcı məqamlardan istifadə edir və çox böyük ölkələrlə ünsiyyət qurur, sevinirəm. Belə olmasaydı, yəqin ki, Avropa ölkələrinin, Rusiyanın, İsrailin və başqa ölkələrin prezidentləri və yüksək səviyyəli şəxsləri Azərbaycana gəlib, Azərbaycan rəhbərliyi ilə görüşməzdilər. Azərbaycan onlar üçün vacib, maraqlı və əhəmiyyətlidir. Ən vacib məsələ ondan ibarətdir ki, heç bir ölkə öz-özünə maraqlı və əhəmiyyətli olmur. Onu maraqlı və cazibədar edən şəxsiyyətlərdir.Elə böyük ölkələr var, böyük əhəmiyyətə malik deyillər. Avropada isə çox kiçik ölkələr var, ancaq təsiri və sözləri elə yüksək mərhələlərdən gəlir!...
Digər vacib məqam Azərbaycanın gəncliyidir. Tarixən atalar və oğullar problemi olub. Həmişə gənclikdən gileyləniblər, bir az yaşa dolan insanlar deyiblər ki, bu gənclik heç də biz gözlədiyimiz və fikirləşdiyimiz gənclik deyil. Ancaq bu gün Azərbaycanda çox gözəl, enerjili, istedadlı, gözü açıq gənclik var. Bu gün Azərbaycanı çox yüksək mərhələlərə qaldırmaq iqtidarında olan gənclik formalaşır. Çünki gəncliyə imkan yaradılır, xüsusi diqqət yetirilir.
15 il əvvəl Azərbaycana hansısa bir ölkənin prezidentinin, parlament sədrinin gəlməsi böyük hadisə idi. İndi bu səfələr adiləşib. İndi biz sadəcə, KİV-dən növbəti bir prezidentin, parlamentin sədrinin Azərbaycana gəldiyi barədə xəbər tuturuq. Tutaq ki, parlament sədri yox, parlament sədrinin müavini gəlirsə, bunu maraqsız da sayırıq. Ancaq elə ölkələr var ki, illərlə ora nəinki hansısa dövlət başçısı, heç hansısa məmur da getmir.
- Həyatınızın bu dönəmində düşünərkən “filan vaxt gərək bunu edəydim, filan cür etməyəydim” dediyiniz hallar olurmu?
- Bu, insana xas olan bir xüsusiyyətdir. Mən ümumiyyətlə, belə fikirləri ağlına gətirməyən insanı təsəvvür etmirəm. Hətta bu gün söhbətimiz qurtarandan sonra, siz buradan çıxanda özünüzə deyəcəksiniz ki, gərək filan sualı verəydim. Mən isə öz yanımda deyəcəm ki, gərək belə bir cavab verəydim. Bu, insan psixologiyasıdır.
O insan deyirsə ki, həyatımda belə bir şey olmayıb, bu haqda heç vax düşünməmişəm, düzgün məlumat vermir. Psixologiyada maraqlı bir test var. Bunun adı MMPİ-dır. Bu test şəxsiyyətin xüsusiyyətlərini müəyyən edir. Bu testdə 500-600 sual olur. Bu testdəki sualları cavablandırmaq 2-3 saat çəkir. O suallar içərisində bir neçə sual var ki, həmin suallara siz düzgün cavab verdinizsə, testin bütün nəticələrinə inanmaq olar. Əgər o suallara düzgün cavab vermədinizsə, bütün testi kənara atırlar. Deməli, siz yalan danışmısınız. Bunlar hansı açar suallardır? O suallardan birini qeyd edim. Məsələn, sual verilir ki, siz həyatınızda pilləkənlə qalxanda, yaxud düşəndə ayağınız büdrəyibmi? Heç vaxt ayağı büdrəmədiyiniyi, yıxılmadığını deyən insanlar yalan danışır. Yaxud cavabların birində yazsanız ki, siz həyatınızda heç vaxt düzgün olmayan məlumatı dilə gətirməyibsiniz, deməli, yalan danışırsınız. Yaxud desəniz ki, həyatınızda heç vaxt səhv etməmisiniz, yenə yalan danışırsınız. İnsan psixologiyasını nəzərə almaq lazımdır.
Dünyada 8 milyarda yaxın insan yaşayır. O insanların içərisində hər kəs özünü ifadə edə bilmir. Milyonlarla, milyardlarla insan anadan olur, yaşayır və dünyasını dəyişir. Əgər insana başqa bir insan müraciət edirsə, o insanın fəaliyyətinə ehtiyac varsa, məsləhətini qəbul edirlərsə, deməli, həyatda böyük iş görüb. Daha böyük işlər görməyə gəlincə, bununla bağlı bir lətifə danışmaq istəyirəm. Deyirlər ki, allahı güldürmək istəyirsənsə, öz niyyətlərin, planların haqqında danış. Cəmiyyətin, insanların ehtiyacını ödəyə bilirsənsə, kiməsə kömək edə bilirsənsə, deməli, sən həyatda bir insan kimi öz funksiyalarını yerinə yetirə bilirsən.
Ramiz Mikayıloğlu

1388