“Torqovı”nın susmayan sakini: “...orada iki kişiyə bir qəbir düşür...” - MONOLOQ
Rus Dram Teatrının qarşısında ya ora-bura addımlayaraq, ya da bir yerdə oturub, saatlarla telefonla danışan kişini paytaxt əhalisinin əksəriyyəti üzdən tanıyır. İlk baxışdan kişinin çirkli və cır-cındır paltarlarından başqa gözə dəyən maraqlı bir şey yoxdu. Ta ki, onun telefon əvəzinə qulağına barmağını söykədiyinin fərqinə varmayana qədər. Sadə insanlar bu qədərini rahatca müşahidə edə bilərlər. Amma ağlını çoxdan itirdiyinə heç bir şübhə olmayan bu adamla qədərindən bir az artıq, bir az da xüsusi maraqla «məşğul» olanda, onun rabitəsiz monoloqunda əslində qəribə bir rabitə görmək olur. Kişinin söhbətinin mövzusu istisnasız olaraq, hər dəfə kino ilə bağlıdır. Həmişə ya virtual rejissorla, ya hansısa ssenariçi ilə, ya da kino dünyasından kiminləsə «danışır».
Ağıl sarıdan doğma adamım olan bu kişinin bir saatlıq telefon danışığını yazmaq qərarına gəldim. Düzdü, mən məmnuniyyətlə, «dəstəyin o tərəfindən gələn» söhbəti də eşitmək və yazmaq istərdim, amma təəssüf ki, telefonun deyil, dostumun «barmağının əhatə dairəsində»ki adam təkcə onun dünyasında mövcud idi.
Bir qeyd də eləyim ki, kişinin bu monoloqumu, dialoqumu (axı kiminləsə danışır və öz aləmində nəsə də eşidirdi) deyim, rus dilində idi. Tərcümə işini onsuz da çox sevirdim, amma sən demə, bu işdən ən böyük zövqü bir dəlinin monoloqunu tərcümə edəndə almaq mümkün imiş.
- ...bu kino deyil, səni lənətə gələsən! Kino deyil, sənə deyirəm! Gerçəkdir! Kino çəkirsən, adam kimi çək! Hə? Yaxşı, çağır onu telefona... hə, gözləyirəm... (uzun pauza) ...hə, mənəm... Düz deyirəm də! Ssenarini bir də gözdən keçir... Mən sənə deyirəm ki, bu bir qəpiklik ssenari deyil... Hardasan sən? Ofisdəsən?... Mən indi sənin yanına gəlirəm.... Getmə heç yana, gəlirəm! (uzun pauza) ...Hə, o qadın benderdir... Bender! Bender «b» hərfiylə başlayır... bu yaşa gəlmisən, hələ bilmirsən bender nədir?... Hə, deyəsən nəvəsi ilə gəlib... Balaca qızdır, sarışın... Burda oteldə qalırlar... Nə bilim, deyəsən qovublar onları... Lyubka?... Lyubkanı mən sevirəm də... amma bunun məsələyə nə dəxli var?... Yox, o yaramayacaq... Yox eee, cibimdə bir qəpik də yoxdur... Ciddi deyirəm. Kofe içərdim məmnuniyyətlə... yox, gətirməyib. Sən ssenarini təzədən gözdən keçir də... İstəyirsən, bir yerdə yazaq.... Kim?!... O qələt eləyir! Gicbəsərin biridir, o nə qanır kino nədir?!... Gözüm aydın, nə olsun ki, Böyük Teatrda işləyib?! Mən sənə Böyük Teatrda işləyən süpürgəçi də göstərə bilərəm, amma bu o demək deyil ki, o süpürgəçi yaxşı ssenari yaza bilər... Yaxşı, gözləyirəm səni, danış, məni yığarsan... (uzun pauza) ...Alo... Hə, eşidirəm.... Əlbəttə, mən sənin üçün düzüb-qoşaram. İndi sənə birinin ünvanını deyəcəm, alınacaq. Nə? ...Bir keks alarsan, beş rubl da pul, bəsidi... Hə, hə, olar. Bilirsən, orada aclıqdı, ona görə belə ucuzdu... Nə? Hmmm... yəqin ki, bu da mümkündü... Niyə olmur ki? Əşi, iki kişiyə bir qadın nədi, mən sənə elə yer deyərəm, orada iki kişiyə bir qəbir düşür! Hə, hə, bəs nədi, sənə deyirəm axı, oralarda aclıqdı... Mən? Yox e, sənə demədim, mənim bir qəpiyim də yoxdu... (uzun pauza)...Vova, sən mənə izah eləyə bilərsən, bu nə biabırçılıqdı?!... Hə də, ora onun yeri deyildi axı. Xəbərdarlıq eləmişdim, heç kim mənə qulaq asmadı... Bura bax, sənin iş yerinə gəlsəm, məni bir fincan kofeyə qonaq eləyə bilərsən? Mən burada soyuqdan donmuşam, bir stəkan isti nəsə içərdim... Hə?... Yaxşı, mən sonra sənə baş çəkərəm... Bilirsən, o aşağı düşdü. Burada, mənim dayandığım yerin yanında zirzəmi kafe var, ora girən yerdə görmüşəm... Lyubka? Lyubkanı mən sevirəm, amma bunun məsələyə nə dəxli var?... Hə, çox istəyirəm, öpürəm onu, inciməsin məndən! ...Əlbəttə, çox yaxşı aktrisadı. Amma bu işə yaramır... Nə olsun, istənilən bublikin içində boşluq var... Hə, heç nə yoxdu, amma boşluq var axı. Sən mənə sübut eləyə bilərsən ki, o boşluq yoxdu. Hə, var?... Var!... Deməli bublikin içində nəsə var da.... Necə yəni yoxdu?! Özün dedin axı, boşluq var!... elə məsələ də bundadı da... Sən nə vaxt belə şeyləri başa düşə bilsən, onda yaxşı kino da çəkə biləcəksən. Yoxsa, elə Tarkovski deyə-deyə öləcəksən... Zəhrimar! İstəmirəm, mən o adamla yanaşı otura bilmərəm! Əşi, otura bilmərəm də....
Bilirsən, bu ikiüzlülük olar. Sonra mən tənqidçilərin ağzını yuma bilməyəcəm... özun bilirsən də, məni hədəfə alıblar. Denən, əl çəksin məndən... Hə, sənə demədim axı, biz ssenarini dəyişirik. Orda ciddi boşluqlar var, xeyli əlavələr eləyəcəm... Lyubkanı? Yox, Lyubka oynamayacaq... Bilirsən, mən çox sevirəm e o qızı, amma o bu rola yaramır axı... Bax sənə bir misal çəkim də, Andrey Mironov da yaxşı aktyordu, amma sən də mənimlə razılaşarsan ki, o Dartanyanı oynamağa yaramır axı... hə, məsələ də elə budu da... Kino tanışlıq, sevgi məsələsi deyil, ciddi sənət məsələsidi...Yox, onda deyəsən nəsə xəstəlik varmış. Sifilis?... Yox da, ta elə də ağ eləmə! Yox, nəsə yüngülvari bir şeydi, özü də zöhrəvi deyil... Sən manyaksan da, ağlına başqa şey gəlmir axı... bura bax, söz ki düşdü, sən necə məsləhət bilirsən, biz ora bir az da porno əlavə eləyə bilərik?... Nə erotika, porno deyirəm sənə! Ssenariyə də... Hə. Məncə də əla olar. Onsuz da indi camaatı başqa şeylərlə təsirləndirmək mümkün deyil. Yaxşı, mən indi getməliyəm, sənə baş çəkəcəm. Ofisdəsən də? Hə, hə yadımdadı... Yaxşı, yaxşı, mən onda onu da özümlə gətirərəm... Amma xahiş eləyirəm, onun yanında terminlərlə danışma, özünü axmaq kimi hiss eləməsin, yazıqdı. Danışdıq? Oldu, indi gəlirəm, sən kofeni hazırla...”
Belə. “Söhbət” bitmədi... amma yazını bitirməliyik. Deməyinə baxmayın, heç yana da getmədi. Amma kim bilir, bəlkə xəyalında haraları gəzib gəlir bu qəribə adam?...
Günel M.

1229