Oğru dünyasının əsilzadələri: cibgirlər - HEKAYƏT – II yazı
Cibgirliyin ölkəmizdə bir peşə kimi formalaşmasının tarixini araşdıranda təxminən 200 il əvvələ gedib çıxdım. O zamanadək bu sənətin sahibləri bizdə demək olar ki, yox idi. Amma diqqətli olun: mən yalnız cibgirliyi nəzərdə tuturam!
Məsələ burasındadır ki, cinayət və cinayətkar, hamıda olduğu kimi, bizdə də lap qədim zamanlardan olub. Oğurluq da olub, quldurluq da, qan davası da. Əhalisinin əsasən heyvandarlıqla məşğul olduğu bir məmləkətdə mal-qara oğrusu, at oğrusu olmaya bilər? Daim silah gəzdirən, at belində mərdi-mərdanə karvan çapan kişilərin yaşadığı bir diyarda, sevimli dastan qəhrəmanlarının quldurluğuyla fəxr eləyən bir elatda cinayət olmasın? Mümkün olan şey deyil.
Amma söhbət oğru peşələrindən yalnız biri – cibgirlik haqqındadırsa, dəqiq demək olar ki, bizdə bineyi-qədimdən bu peşənin peşəkarı olmayıb. Çünki cibgirliyin çiçəklənməsi, güzəranını bu peşədən çıxaran insanların püxtələşməsi bilavasitə əhalinin sıx məskunlaşdığı şəhərlərin böyüməsiylə əlaqədardır.
Əslində bunu isbatlamağa heç ehtiyac da yoxdur. Çünki bu tək bizdə deyil, bütün dünyada belə olub. Artıq çoxdan bəllidir ki, bu peşənin inkişafına dünyanın hər yerində məhz şəhər mühiti rəvac verib. Siz sadəcə olaraq kənd mühitini təsəvvürünüzə gətirsəniz, orda bir dəfə cibə girməyi demirəm, bu sənətlə daim dolanmağın qeyri-mümkünlüyü o dəqiqə sizə əyan olacaq. Kənddə camaat bir-birinin əcdadına bələddir. Cibgir üçünsə qarışıqlıq, gəlmələrin yerlilərdən çox olması gərəkdir ki, heç kəs bir-birini tanımasın. Eynən on doqquzuncu əsrin əvvəllərindən etibarən Bakı, Şamaxı, Gəncə, Şuşa kimi şəhərlərimizdə olduğu kimi.
Əhalinin sürətlə çoxalması, şəhərlərimizin ticarət, sənətkarlıq mərkəzlərinə çevrilməsi işgüzar aktivliyin artmasına səbəb olmuşdu. Bu da Azərbaycan üçün heç səciyyəvi olmayan cibgirliyin inkişafına münbit zəmin yaratmışdı.
Bir faktı da diqqətinizə yetirim ki, cinayətkarlığın bizim üçün səciyyəvi, bayaq xatırlatdığım növlərindən fərqli olaraq, cibgirlik də Azərbaycana kənardan gəlib. Yeri gəlmişkən, kənardan gələn tək cibgirlik deyil. Adam oğurluğu, növbənöv maliyyə cinayətləri, indi adını reket qoyduqları xəracalma deyilən cinayət də gəlmədir. Və bu gəlişin əsas səbəbi Bakı şəhərində neft bumunun başlanmasıyla əlaqədar asanlıqla pul qazanan varlı insanların qısa zaman kəsiyində çoxalması, əhali arasında təbəqələşmənin yalnız əsl-nəcabətə deyil, həm də maddiyyata bağlanması olmuşdu.
Həmin dövrdə Bakıya güclü axın vardı. Qara qızılını dünyaya ixrac edən şəhərə bir tərəfdən xarici sərmayədarlar, iş axtarışlarında olan zəhmətkeş insanlar gəlirdisə, digər tərəfdən də ərazicə bizə qonşu olan ölkələrin artıq formalaşmış cinayətkar birlikləri axışırdı. Gəlin diqqət yetirək, görək bu axın hansı səmtlərdən gəlir, kimləri gətirirdi.
Şimaldan ruslar, avropalılar, cənubdan iranlılar, qərbdən gürcü və ermənilər, dünyanın hər yerindən isə yəhudilər. Çox çəkmədi, ərazisi yalnız İçəri Şəhərin qala divarları ilə məhdudlaşan, orta əsrlərin patriarxal qanunlarıyla yaşayan Bakı böyüyərək az qala Avropanın qabaqcıl şəhərləriylə ayaqlaşmağa başladı. Özü də yaman başladı...
Bir məsələni də diqqətinizə yetirim ki, mən cinayətkarlığın inkişafına münbit zəmin yaradan amillər arasında birinciliyi heç də əhali sıxlığına verməzdim. Çünki əlimdə faktlar var. Məsələn, on səkkizinci əsrin birinci rübündə, Bakı şəhərində cəmi 8 minə yaxın əhali yaşayanda, Abşeronun Qala kəndinin 40 mindən artıq sakini vardı. Amma orada peşəkar cinayətkarlığın mövcud olduğu barədə heç bir məlumat yoxdur. Deməli, başlıca amil əhali sıxlığı deyil, məhz gəlmələrin çoxluğu, bir də ki, asanlıqla qazanılan sərvətin bolluğudur.
Bakının o illərini təsəvvürünüzə gətirin. Şəhər divarlarının, Qoşa qala qapısının o üzü böyük tikinti meydançasını xatırladırdı. Onda hələ Salyan kazarmaları da yox idi deyə, rus qarnizonu elə Bayır Şəhər tikiləndən sonra İçəri Şəhər adını almış yerdə, Bakı xanının evinə çatmamış, Komendatura adlandırdığımız binada yerləşirdi. Təzə hökumətin türməsi də lap üzbəüzdə - sonralar Haupvaxta deyilən tikilidə, qarnizon anbarları isə indiki Xan sarayındaydı.
Oralara yolunuz düşsə, diqqətlə baxın. Sarayın divarlarında bir zamanlar xatirə yazısı cızmış petrovların, sidorovların dəsti-xəttini indi də görərsiniz...
Artıq bəllidir ki, peşəkar cinayətkarlığın bir çox qollarının Azərbaycanda, xüsusilə də Bakıda çiçəklənməsinə görə biz o zamanlarda artıq mütəşəkkilləşmiş polyak, rus və ələlxüsus da gürcü kriminalitetinə “borcluyuq”. Düzdür, hər sahədə istedadlı xalq olduğumuzdan, çox-çox sonralar dünənki müəllimlərimizi də heyran qoya bildik, bu peşəni incə sənət səviyyəsinə qaldıraraq nəinki gürcü kintolarının, hətta adı dillər əzbəri Paris və nağıl qəhrəmanlarına çevrilmiş Bağdad oğrularının da həsəd apara biləcəyi bir səviyyəyə çatdırdıq.
Sizə bir şey də deyim: indi avtobuslarda, dükan-bazarda gördüyünüz, xalq arasında söz-söhbətə səbəb olan cibgirlər heç də bu peşənin virtuozları deyil. Bizim virtuozlar indi dərs deyir, onların istedadlı tələbələri isə xarici ölkələrdə qastrol səfərlərinə çıxaraq, 50-ci illərdən Moskvanı, Leninqradı, Kiyevi, 90-cı illərdən isə İstanbulu, Stokholmu, Berlini, elə lap Parisin özünü əldən-ayaqdan salır, əsl sənət nümayiş etdirirlər. Bütün bunlar çox-çox sonralar olacaq. Biz isə Bakı cibgirlərinin uzaq tarixindən danışırıq; indicə sadaladıqlarıma isə hələ nə az, hə azacıq, düz 200 il qalır...
Allah hamını şər-xatadan qorusun!
Suallarınızı [email protected] ünvanına yazın,
cavablandırmağa çalışaram.
Hörmətlə, sizin
İ.Q.

1271