Keçmiş prezident  veriliş aparıcısı   olacaq
04 sentyabr 2025 13:09 (UTC +04:00)

Keçmiş prezident veriliş aparıcısı olacaq

0

Polşanın keçmiş prezidenti Anjey Duda yeni iş tapıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, Kanał Zero YouTube kanalında verilişin müəllifi və aparıcısı olacaq. Bu barədə jurnalist Kşiştof Stanovski X sosial şəbəkəsində məlumat verib.

"Kanał Zero”nun yeni müəllifinin olduğunu açıq-aşkar məmnuniyyətlə elan edə bilərəm", - jurnalist söyləyib.

Jurnalistin sözlərinə görə, Duda “onlarla müsahibə, kadrlar, müxtəlif situasiyalar, eləcə də aktual mövzularla bağlı xatirələr və mülahizələr”dən ibarət 16 epizod yazacaq. Premyera sentyabrın 15-nə planlaşdırılıb.

Duda artıq iki dəfə “Kanal Zero”da qonaq olub. Sonuncu dəfə üç ay əvvəl o, Karol Navrotskinin prezidentliyə namizədliyini şərh edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 566

Oxşar yazılar