İlan vurması nəticəsində zəhərlənmələrin sayı artıb
Bu, havaların isti keçməsi və Kürətrafı rayonları su basması ilə əlaqədardır
“İlan vurması nəticəsində zəhərlənmələrin sayı bu il artıb. Bu, əsasən, havaların isti keçməsi və Kür çayı ətrafındakı rayonları su basması ilə əlaqədardır. İlanlar yuvalarını su basanda ətrafa - həyətlərə, obalara qaçır. Həm də havaların isti keçməsi ilə əlaqədar ilanlar daha da aktivləşir”.
Bu sözləri APA-ya açıqlamasında Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Onun sözlərinə görə, bu ilin əvvəlindən indiyə qədər adamları ilan vurmasına dair 48 hadisə baş verib. Bu, ötən ilin müvafiq göstəricisindən 14-16 fakt çoxdur. Bu il ərzində ilan vurmasından zərərçəkənlərin vəziyyəti orta ağır və ağır qiymətləndirilib. Zəhərlənənlərdən yalnız Yevlax rayon sakini olan bir nəfər mayın əvvəlində dünyasını dəyişib. Bu da həmin xəstənin xəstəxanaya gec – zəhərlənmədən üç gün sonra gətirilməsi ilə əlaqədardır.
A. Maqsudov deyib ki, zəhərlənənlər əsasən 20-25, 40-45 yaş arasında olan şəxslərdir. Zəhərlənmə hadisələri daha çox Aran rayonlarında qeydə alınır: “Bu il İsmayıllıdan, Lənkərandan da xəstə gətirilib. Bununla yanaşı, xəstəxanaya Bakı ətrafı kəndlərdən - Qobu, Qobustan, Maştağadan və Qaradağdan da ilan vurması nəticəsində zəhərlənən xəstələr daxil olub. Amma ümumilikdə Bakı ətrafı kəndlər arasında Zirə ilan zəhərlənmələrinin sayına görə üstünlük təşkil edir. Bu, əvvəllər həmin kənddə ilanların saxlanıldığı terrariumun olması ilə bağlıdır”.

Oxşar yazılar

Ən pis konservlər AÇIQLANDI
4 iyul 2025 , 11:59
Bu günün ən şanslı 3 BÜRCÜ: həyatınız çox yaxşılaşacaq - Siyahıdasınız?
4 iyul 2025 , 11:44
Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac var? - TƏHLİL -VİDEO -YENİLƏNİB
4 iyul 2025 , 11:42
Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
4 iyul 2025 , 11:21
Çiyələkdən kökələ bilərsiizmi? Sizi təəccübləndirə biləcək fakt
4 iyul 2025 , 11:14
Azərbaycanın informasiya təhlükəsizliyinə təhdidlərlə bağlı RƏSMİ AÇIQLAMA
4 iyul 2025 , 10:08
Yağış, GÜCLÜ külək - GÜNÜN HAVASI
4 iyul 2025 , 09:54