İnsanı potensial cinayətkara çevirən maddə - ARAŞDIRMA
Dünyada milyonlarla insan bu bəladan əziyyət çəkir
Əsrimizin bəlası olan narkomaniya problemi getdikcə daha geniş miqyas almaqdadır. Bu problem dünya dövlətlərində olduğu kimi Azərbaycan dövləti və cəmiyyətini narahat edən məsələdir. Təəssüflə qeyd etmək lazımdır ki, narkomaniya bəlasına qurşananların sayı getdikcə artır. Bu da cəmiyyəti problem ətrafında ciddi düşünməyə vadar edir.
Azərbaycanda da narkomaniyadan əziyyət çəkən insanların sayı kifayət qədər çoxdur. Ölkə ərazisində narkomaniyadan əziyyət çəkənlərin sayını öyrənmək üçün Səhiyyə Nazirliyinin Narkoloji Dispanserinə müraciət etdik. Dispanserin şöbə müdiri həkim-narkoloq Afət Məmmədova Lent.az-a Azərbaycanda 2009-cu ildə 22394 nəfər narkomanın qeydiyyatda olduğunu söyləyib. Onun sözlərinə görə, 2010-cu ilin yanvar ayında bu rəqəm 23927 nəfər olub: “Bunlardan 420 nəfəri qadındır. Yaş həddinə gəlincə, 14-17 yaş arasında olan narkomanların sayı 5 nəfərdir. 18 yaşında olan narkomanların sayı 7, 18-29 yaş arasında olan narkomanların sayı 3817, 30 yaşdan yuxarı olan narkotik istifadəçilərinin sayı isə 20098 nəfərdir”.
A. Məmmədova hazırda Narkoloji Dispanserdə 145 nəfər narkomaniyadan əziyyət çəkən xəstənin stasionar müalicə aldığını bildirib: “Bu xəstələrin 4 nəfəri qadındır”.
Qeyd edək ki, bu göstəricilər yalnız Narkoloji Dispanserdə qeydiyyatda olan xəstələrə aiddir. Bundan əlavə, qeydiyyata düşməyən, hələ də narkotik aludəçisi olan insanlar var.
Ölkədə narkomaniyanın belə sürətlə yayılmasının əsas səbəbi
Afət Məmmədova bildirir ki, Azərbaycanda narkomaniyanın sürətlə yayılmasının başlıca səbəbi narkotik qaçaqmalçılarının ölkə ərazisindən tranzit ölkə kimi istifadə etməsidir. Onun sözlərinə görə, İrandan və Əfqanıstandan narkotik gətirən qaçaqmalçılar həmin narkotiki Avropa və Rusiyaya daşımaq üçün Azərbaycandan tranzit ölkə kimi istifadə edirlər.
Narkoman-potensial cinayətkar
Həkim-narkoloq narkomaniyanın yayılmasının əsas əlamətlərini fiziki və psixoloji asılılıqla xarakterizə edir: “Fiziki asılılıq narkotikin mütəmadi qəbulunu şərtləndirir. Narkotik vasitələrin xroniki qəbulu ilə əlaqədar olaraq orqanizmin bütün həyat fəaliyyətli prosesləri dəyişir. Bu hal preparatın təsiri qurtaran kimi intensiv fiziki və psixi pozuntularla müşayiət olunur. Kəsmə və ya abstinent sindromu adlanan belə pozuntular yalnız narkotik preparatın qəbulu və yaxud tibbi yardımla aradan götürülür. Narkomaniyanın forması konkret halda hansı narkotik maddənin istifadə olunmasından asılıdır. Bu maddənin xüsusiyyəti, istifadə olunan doza, istifadə tezliyi və üsulu narkotikin orqanizmə təsir xarakterini müəyyən edir. Narkotik insanı hər şeyə vadar edir. Fiziki tələbatını ödəmək üçün narkotik aludəçisi hər şeyə məcburdur. Bu da onu potensial cinayətkara çevirir. Cinayətkarlığın artmasının əsas səbəblərindən biri də məhz narkomaniyanın artmasıdır”.
Psixi asılılıq isə təkrar-təkrar müəyyən hissləri keçirmək və yaxud psixi diskomfortu aradan qaldırmaq üçün müntəzəm və ya dövri olaraq narkogen preparatların qəbuluna xəstədə patoloji meylliliyin olmasıdır. Bu vəziyyət narkotiklərin mütəmadi istifadə edildiyi bütün hallarda, bəzən də hətta narkotiklərdən bir dəfə istifadə etdikdə baş verir.
Sağalan xəstəlik və ya dözümlü iradə
A.Məmmədova narkomaniyanın xroniki, yəni başqa xəstəliklər kimi qayıdan xəstəlik olduğunu söyləyir: “Xəstəlik arasında olan fasilə qısa, orta və uzunmüddətli olaraq dəyişir. Bu xəstəliyin bütövlükdə sağalması yalnız xəstənin iradəsindən asılıdır. Bəzən qısa müddətdə, bir neçə aya bu bəladan yaxa qurtaranlar da olub”.
Narkotiklərlə mübarizə
Narkotiklərə və Cinayətkarlığa Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev isə Lent.az-a deyib ki, Azərbaycanda ildən-ilə narkotiklərlə bağlı olan cinayətlərə qarşı ardıcıl olaraq kompleks tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, son 3 ildə hüquq-mühafizə orqanları tərəfindən bu tip cinayətlərin ifşa olunması istiqamətində bir sıra uğurlar əldə olunub: “Belə ki, 2009-cu ildə 3260 cinayət faktı qeydə alınıb. 2008-ci ildə isə bu göstərici 2900 olub. Hüquq-mühafizə orqanlarının səyi nəticəsində 2009-cu ildə 2 ton 500 kiloqram narkotik maddə dövriyyədən çıxarılıb”.
M.Əfəndiyev bildirib ki, 2005-ci ildə Azərbaycan da “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekorslarının yayılması ilə bağlı qanun layihəsi” qəbul olunub: “Həmin qanun layihəsində narkotik cinayətlərinə qarşı mübarizənin həlli yolları, narkomaniyadan əziyyət çəkənlərin müalicəsi və reabilitasiyası yolları və sairə öz əksini tapıb. Biz çalışmalıyıq ki, narkomaniyadan əziyyət çəkən xəstələri həyata, cəmiyyətin içinə qaytaraq. Cəmiyyətdə onlara qarşı olan münasibəti dəyişək. Çünki narkotik aludəçisi olan şəxs xəstədir. Ayrı-ayrı xəstəliklərdən əziyyət çəkənlərə necə baxılırsa, necə münasibət göstərilirsə, onlara da elə münasibət olmalıdır. Bunun üçün də Azərbaycanda narkomaniyadan əziyyət çəkənlər üçün reabilitasiya mərkəzləri yaradılmalıdır. Biz həmin xəstələri bu mərkəzlərdə müalicə etməliyik. Belə xəstələri vaxtında müalicə edə bilməsək, onlar cinayətkara çevrilə bilər. Narkoman potensial cinayətkardır”.
M.Əfəndiyev ölkədə narkomaniyanın yeniyetmələr arasında yayılması tendensiyasının da mövcud olduğunu söyləyib: “Bu çox təəssüfləndirici haldır. Bunun qarşısını vaxtında almaq, narkomaniya əleyhinə maarifləndirmə və təbliğat işini düzgün həyata keçirmək lazımdır”.
Dünyanın narkomaniya ilə mübarizəsi
Dünyada 200 milyondan çox insan narkomaniyadan əziyyət çəkir. Elə bir dövlət yoxdur ki, orada bu bəladan əziyyət çəkən olmasın. BMT-nin narkotiklər və narkomaniya ilə bağlı qəbul etdiyi 3 konvensiyası var. Bu konvensiyalara təşkilata üzv olan dövlətlərin hamısı qoşulub. Yalnız Niderland Krallığı bu 3 konvensiyadan 2-nə qoşulub. Bu konvensiyalar ilə dünyada narkotiklərlə mübarizə tənzimlənir. Məhz buna görə də BMT-nin Baş Assambleyası hər il iyun ayının 26-da bütün dünyada Narkotiklərin Sui-istifadəsi və Qanunsuz Dövriyyəsi Əleyhinə Beynəlxalq Gün kimi qeyd olunması barədə qətnamə qəbul edib. Bu beynəlxalq gün bütün dünyada olduğu kimi Azərbaycanda da qeyd olunur. Həmin gün sağlam həyat tərzinin bərqərar edilməsi məqsədi ilə bir sıra ictimai, tərbiyəvi əhəmiyyətli tədbirlərin həyata keçirilməsi ilə yanaşı, cəmiyyətdə, xüsusilə yeniyetmələr arasında narkomaniyanın yayılmasının qarşısının alınması üçün maarifləndirmə və təbliğat işlərinə də xüsusi diqqət yetirilir.
Dünya ölkələrində bir narkomanın müalicəsinə xərclənən vəsait
M.Əfəndiyev dünyada 150-yə yaxın reabilitasiya mərkəzinin mövcud olduğunu söyləyib: “Onların hərəsinin narkomaniyadan əziyyət çəkənlərin müalicə edilməsi və normal həyata qaytarılması metodları var. Bir narkomanın müalicəsi 3-6 il çəkir. Bunun üçün xərclənən vəsait 50-60 min avro arasında dəyişir. Müalicə müddəti və xərclənən vəsait az da ola bilər. Bu xəstənin həmin maddələrə olan aludəçiliyinin hansı formada olmasından asılıdır. Uzun müddət heroin aludəçisinin müalicəsi uzun çəkə bilər. Yüngül doza da narkotik vasitə qəbul edən insanın müalicəsinə isə 1000 avro xərclənir. Onun qanı təmizlənir və detoks tətbiq olunur. Azərbaycanda isə dövlət narkomaniyadan əziyyət çəkənlərin müalicəsini öz boynuna götürüb. Müalicəyə xərclənən vəsait dövlət tərəfindən ödənilir”.
Fərid Əkbərov

811