Kor qızın 16 yaşlı həsrət nəğməsi…
“Getmək mümkün olsa, gözüyumulu gedib evimizi taparam”
Dünyaya fiziki çatışmazlıqla gələn, amma hansısa istedada malik olan insanlar bəlkə də Tanrının şah əsəridirlər… Bəlkə də Tanrı dünyanı onların xatirinə yaradıb. Məhz bu adamların canında, qanında, ruhunda olan sevgidən mayalanır həyatın enerjisi…
Minayə Şirinova… Bu ad oxucularımıza heç cür tanış deyil-yalnız onun sahibini şəxsən tanıyanlar bilirlər ki, söhbət kimdən gedir. Adını təqdim etdiyimiz xanım 1979-cu ildə Laçının Mais kəndində dünyaya göz açıb. Böyüyüb boya-başa çatdıqca, özüylə gətirdiyi qüsurlu gözlərinin nuru tamamilə itməyə başlayıb. 13 yaşında ikən erməni işğalı nəticəsində tərk elədiyi el-obasını sonuncu dəfə yaddaşına köçürməyə macal verən gözləri, bəlkə də bu gözəlliklərin üstünə başqa gözəlliklər yazılmasın deyə, dünya işığından məhrum olub.
“Gözlərim açılsa ilk getdiyim yer onun məzarı olar”
ARAYIŞ: Mən Minayə Şirinovanı ilk dəfə Novruz Bayramı ərəfəsində hərbi hissələrdən birində konsert proqramında qara zurnada mahnı ifa edəndə görmüşdüm. Əslində məni özünə cəlb edən onun mahnısı yox, ilk nəzərdən diqqət çəkən baxışları idi… O baxışlar ki, arxasında aydın düşüncə, sevgi dolu, qaranlığın hökm etdiyi bir dünya vardı… Minayənin gözlərinin görmədiyini ilk baxışdan sezməmək mümkün deyil.
İkinci görüşümüz Laçının işğalının 18-ci ildönümündə, Ağcabədi rayon 114 saylı texniki-peşə liseyinin yataqxanasına oldu. Köçkün düşəndən burada məskunlaşıb Şirinovlar ailəsi. Anası, qardaşı, bir də Minayə… Söhbətimiz ilk olaraq Laçından başladı. Ömrümdə bir kərə də olsa görmədiyim Laçın torpaqlarına Minayənin gözləri ilə baxmaq istədim…. O isə özü getmək istədi doğma yurd-yuvasına: “Mən Laçını uşaq yaşlarımda görmüşəm. Getmək mümkün olsa, gözüyumulu gedib evimizi taparam. Gördüyüm, gəzdiyim bir yerini də unutmamışam mən Laçının…”
Qüsurlu doğulduğuna görə, özü demişkən, evlərinin “şəkərburası” olub. Elə balacalıqdan da atasının qarğıdan-qamışdan düzəltdiyi tütəklərə meyl göstərib. Sonra atası ona balabanı, qara zurnanı öyrədib. Elə indi də bu alətləri ulduzu sönmüş atasının isti və heç vaxt sönməyən nəfəsi kimi qoruyub saxlayır Minayə: “Atam mənim atalıqdan başqa müəllimim, həm də idealım olub. Gözlərim açılsa ilk getdiyim yer onun məzarı olar”.
Reseptim aylarla servantın üstündə qalır, ala bilmirəm…
İlk dəfə 1998-ci ildə əlillərin yaradıcılıq müsabiqəsində iştirak edib. Qara zurnada ifa etdiyi “Aylı gecə” mahnısı ilə nura həsrət dünyasına çıraq tuta bilib. Sonralar daha üç müsabiqənin də qalibi olub.
Müalicə üçün tez-tez paytaxta, paytaxtdan rayona getməli olur deyə öz üzərində istədiyi kimi çalışa bilmir. 17 ildir gözlərindən müalicə alır. Deyir ki, məşhur göz həkimi Paşa Qəlbinur neçə illərdir onu təmənnasız müalicə edir. Amma elə olur ki, dava-dərmanı vaxtlı-vaxtında ala bilmədiyi üçün müalicəsi ləngiyir: “Bəzən reseptlərim aylarla servantın üstündə bağlı qalır, ala bilmirəm. Müalicəm gecikir”.
Məktublarım özümə qayıdır…
Minayə müalicəsini Bakıda aldığı üçün, həmçinin yaradıcılıqla məşğul olmağa paytaxtın daha əlverişli olduğuna görə, şəhər ətrafında məcburi köçkünlərə inşa olunmuş qəsəbələrdən birində ailəsinin evlə təmin olunması üçün dəfələrlə aidiyyatlı qurumlara müraciət edib. Həmişə isə ümidləri puça çıxıb: “Vaxtaşırı Bakıya müalicəyə gedib gəlirəm. Yollarda çəkdiyim əziyyət müalicəmi də puç eləyir. Həm də istəyirdim yaradıcılıqla daha dərindən məşğul olum. Dörd dəfə məktub yazmışam. Hər dəfə də “Sizin evlə təmin olunmanız üçün Bakı şəhərində köçkünlər üçün salınan qəsəbələrdə şərait yoxdur” deyə məktubları özümə qaytarırlar»…
Mənə yazıq kimi baxıblar…
- Fiziki qüsurun, yəni gözlərinin görməməyi necə təsir edir sənə, özünü necə təsəvvür edirsən?
- Özümü necə təsəvvür etməyə gəlincə, düzü, bilmirəm. Mən özümü kənardan görə bilmirəm axı… Amma özüm haqda düşünürəm bəzən. Mənim kimi, görün, nə qədər fizioloji qüsuru olan adam var, Mən istəmirəm ki, cəmiyyət bu adamlara yazıq kimi baxsın. Mənə də yazıq kimi baxanlar olub, etiraf edirəm. Özümü pis hiss eləmişəm onda. Lakin hisslərimi gizləmişəm, pərt olduğumu bilmələrin istəməmişəm.
Qiymət danışmıram, Allah bərəkət versin…
Minayəni ictimai tədbirlərdə görənlərin çoxu sonradan onu toylara dəvət edirlər-aşıq kimi. Qardaşı Nəsimi nağaraçı kimi müşayiət edir onu həmişə. Heç vaxt qiymət danışmadığını deyir Minayə: “Toy bazar deyil ki, məclisdir. Şabaş nə yığılır, kim nə verir, Allah bərəkət versin. Heyf ki, görə bilmirəm. Amma hiss edirəm ki, toylarda mənə münasibət birmənalı olmur. Yaxşı qəbul edənlər də olur, pis yanaşanlar da. Nədənsə həmişə yaxşı tərəfin üstün olduğunu duyuram. Adamlar hamısı eyni olmur axı… Amma elə də olur ki, dəvət alıram, gedirəm toya, bəzən bəyin özü qəbul edəndə atası-anası qəbul etmək istəmir, ya da ata-anası istəyir, bəy özü deyir ki, yox bu qız toyda mahnı çalmasın… Elə də olur ki, toyda adamlar təkcə mənim ifamda hansısa mahnıya oynamaq istədiyini deyirlər. Belələri də var... Ancaq mən toydan çox, ictimai və dövlət tədbirlərinə getməyə can atıram. Düzdü, toya gedəndə pul qazanıram, amma rəsmi tədbirlərə gedəndə hamı məni tanıyır. İstəyirəm məni qabağa çəksinlər. Rayonumuzun icra başçısı Ramiz Cəbrayılov sağ olsun, o bura gələndən bəri, rayonun nə qədər tədbiri varsa, məni dəvət edirlər. Həmişə də qayğı göstərirlər”.
P.S. Neynirsən Bakıda evi? Bir məmurdan ev istəməkdənsə, Tanrıdan Laçına qovuşmağı dilə… Bulaqların zümzüməsinə qulaq asıb Həkəridə gözünü yusan dava-dərmana ehtiyac qalmayacaq… Hocazın qayaları üstündə bitən itburnu kolunun dibindən gözəl evi ağlına da gətirmə…
Teymur Zahidoğlu
[email protected]

859