Rektor imtahanların gedişinə müdaxilə edib
Ali məktəblərdə semestr imtahanlarındakı pozuntular araşdırılıb
“Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyi 2009-2010-cu tədris ilinin qış semestrinin yekunlarına dair hesabatını açıqlayıb.
Lent.az-ın məlumatına görə, birliyin rəhbəri Elnur Məmmədov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, qış semestrində tələbələr üçün “Qaynar xətt” xidməti təşkil edilib. Həmçinin özəl ali məktəblərdə imtahanların monitorinqi aparılıb, dövlət ali məktəblərinin tələbələri arasında sorğu keçirilib. Onun sözlərinə görə, “Qaynar xətt”ə daxil olan məlumatlar həm təşkilatın öz xətti ilə, həm də Təhsil Nazirliyinin “Qaynar Xətt”inə yönəldilməklə, onlarla birgə araşdırılıb. Daxil olmuş 17 müraciətdən yalnız 3-ü anonimdir. Qalan 14 müraciətdən 9-u müsbət həllini tapmış, 5-i isə həll olunmamışdır.
Elnur Məmmədov deyib ki, özəl ali məktəblərdə imtahanların monitorinqi zamanı 3 ali məktəbdə (Azərbaycan Beynəlxalq Universiteti, Təfəkkür Universiteti və Azərbaycan İctimai Siyasi Universiteti) ciddi pozuntular aşkar edilib. Belə ki, həmin ali məktəblərdə dekanlar və prorektorlar (Azərbaycan İctimai Siyasi Universitetində hətta rektor) imtahanların gedişinə müdaxilə edib. Digər özəl ali məktəblərdə ciddi pozuntular baş verməsə də, nəticələr çox zəif olub.
Təfəkkür Universitetindən daxil olan müraciət diplomların verilməsi üçün “diplom rüsumu” adı altında tələbədən rüşvət tələb olunması ilə bağlıdır. Belə ki, diplom üçün dövlət rüsumunun əslində 2 manat 50 qəpik olmasına və həmin məbləğin təhsil haqqından tutulmasına baxmayaraq, tələbələrdən 80-100 manat məbləğində rüşvət istənilib. Bu ali məktəbdə qeyd olunan müraciət araşdırıldıqdan sonra diplomların alınmasında yaranmış problem aradan qaldırılıb.
Qərb Universitetindən daxil olmuş bir müraciətin müəllifləri isə imtahanın nəticələrindən şikayətlənib. Fənnin tədrisi semestrin yarısından dayandırılsa da, həmin fəndən imtahan keçirilib və qrup üzrə bütün tələbələr “qeyri-kafi” qiymət alıblar. Tələbələrin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin müraciəti əsasında Təhsil Nazirliyinin müdaxiləsindən sonra imtahanın nəticəsi ləğv edilib.
Dövlət ali məktəblərinin tələbələri arasında keçirilən sorğuya əsasən, burdakı problemlərin özəl ali məktəblərdən az olmadığını qeyd edən Elnur Məmmədov yalnız 2 ali məktəbdə (Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dillər Universiteti) nəticələrin qənaətbəxş olduğunu, digər ali məktəblərdəki problemlərlə bağlı narazılıq edən tələbələrin 55-90 faiz təşkil etdiyini bildirib.
Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri Ənvər İmanov və İlyar Vahabov, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov və ali məktəb tələbələri iştirak edib.
Elxan SALAHOV

497