Vüsalə Mahirqızı: “Təklifim var...” - DEBAT
QHT təmsilçiləri V. Mahirqızına bir sıra suallar ünvanlayıblar. Lent.az həmin debatı təqdim edir.
Əli Fərzəliyev: Vüsalə xanım kimi media kapitanını qrupumuzda görməkdən məmnunuq. Vüsalə xanım lent.az və apa.az kimi möhtəşəm saytların qurucusudur. Hörmətli Vüsalə xanım, rəhbərlik etdiyiniz apa.az saytında QHT xəbərlərinə olduqca az yer verilir, QHT nümayəndələri olaraq bunun səbəbini bilmək istəyirik.
Mübariz Göyüşlü: Mən də eyni sualı vermək istəyirdim. Səbəb mənim üçün də maraqlıdır.
- Əvvəla, bu dəvətə görə təşəkkür edirəm. Deyim ki, bu sual mənə çox verilir. Mən kiçik bir monitorinq apardım və bəlli oldu ki, əslində Azərbaycan saytlarının heç birində QHT-lərlə bağlı ayrıca bölmə yoxdu. Söhbət, əlbəttə, əsas informasiya agentliklərindən gedir. Hər halda, III sektorun təmsilçiləri bunu bu gün APA-dan daha çox tələb edirlərsə, bu da bizə olan diqqət və önəmin nəticəsidi. Mən buna görə də təşəkkür edirəm. Amma deyim ki, QHT xəbərlərini daha çox yaymamağımızın bir neçə səbəbi var. Birinci səbəb, müştərilərdir. Bizim ölkə xaricindəki və daxilindəki müştərilərimizi daha çox Azərbaycanla bağlı hadisələr, rəsmi mövqelər maraqlandırır. İkincisi, QHT xəbərlərinin bir qismi məhz həmin qurumların təbliğatı xarakterini daşıyır. Məsələn, hansısa QHT böyük məbləğdə qrant alır və bunun təbliği üçün bir xüsusi buraxılış hazırlayır. Biz bu xəbəri niyə APA-da yerləşdirməliyik? Axı bu sadəcə qrant hesabatıdı? Lakin III sektordan gələn çoxlu tələblər üzərinə biz APA-da bir menyü yaratmağı düşünürük. Əlbəttə, "III sektor" menyüsündə QHT-lərlə bağlı bütün xəbərlər yerləşdirilməyəcək. Lakin ictimai əhəmiyyət kəsb edən xəbərlər mütləq yer alacaq. QHT-lərin piarına yönəlmiş xəbərlər isə reklam əsasları ilə yerləşdirilə bilər.
Vüsalə Hüseynli: Vüsalə xanım, birinci sualım bir az şəxsidir. Görünüşdən çox çətin insan təsiri bağışlasanız da, ancaq reallıqda elə deyil. Bunu mən özüm sizi az da olsa tanıyan insan kimi deyə bilərəm. Sizcə, belə görünməyi özünüz istəyirsiniz, ya elə görünüşünüz belədir?
İkinci sualım media ilə bağlıdır. Niyə mediada düşündürücü araşdırma və ya köşələrə çox az rast gəlinir?
Üçüncüsü, siz filoloqsunuz. Nə zamansa professional olaraq filoloq kimi işləmək istərdinizmi?
- Birinci sualınıza cavab olaraq deyim ki, görünüşüm müasir cəmiyyətdə qadına olan münasibətin ifadəsidi. Bizim cəmiyyətdə bir az üzügülər, yumşaq xasiyyət olanda adamı ya qorxaq, ya da yüngül hesab eləyirlər. Tanıyanlar bilir ki, mən görünən qədər də sərt adam deyiləm, insanlara dözə bilirəm. Bir adamla ipləri qırmamaq üçün illərlə səbr edə bilərəm. Çünki adamlar, onlarla olan münasibət çox böyük sərvətdi. Amma bəzən insandan sui-istifadə meyilləri çox olduğu üçün məsafəli davranışı həyat tərzinə çevirmək məcburiyyətində qalirsan çox təəssüf ki.
İkinci sualınıza cavab olaraq deyim ki, bizim mediada düşündürücü köşə yazılarını aydlınlar, ziyalılar, ekspertlər yazmalıdı. Mənim fikrimcə, jurnalistin işi xəbər, reportaj yazmaqdı, araşdırma aparmaqdı. Araşdırmaçı jurnalistika isə bir az daha bahalı, çox zəhmət tələb edən, daha çox vaxt alan bir sahədi. Bizim mediada araşdırma apara biləcək professionallar yoxdumu? Əlbəttə, var. İndiki halda heç bir redaksiyanın hər halda o imkanı yoxdur ki, bir jurnalistə ayda 3 min manat maaş ödəsin, amma ondan cəmi bir yazı ala bilsin. Bizdə bəzi media qurumları aylıq 3 min manat büdcə ilə yaşayırlar. Məsələn, ABŞ-da ildə 4 araşdırma təqdim edən araşdırmaçı jurnalist ayda 3 min dollar maaş alır. Amma ildə cəmi 4 yazı yazır, qəzet də o yazıların tirajı üstündə bir rübü başa vurur. Bunu bizə o ölkədə istehsalat təcrübəsində olarkən demişdilər. Yəni bu, daha çox mediaiçi problemlərə bağlı məsələdir. Cəmiyyətə istiqamət verən yazıları, köşələri isə məncə daha çox ziyalılar yazmalıdı. Əslində köşə yazarı institutu ictimai xadim statusudu. Jurnalistika fakültəsinin ikinci kurs tələbəsinin yazdığı köşə, əlbəttə, Sizi, məni maraqlandırmayacaq və düşündürməyəcək.
Üçüncü sualınıza cavab olaraq bildirim ki, hələlik filoloq kimi işləmək fikrim yoxdu. Mən bir əlində bir neçə iş tutan adamları başa düşmürəm. İnsan yalnız bir, iki sahədə uğurlu ola bilər. Məncə, mediada pis alınmayıb. Ona görə də hələ buralardayam.
Sahib Məmmədov: Vüsalə xanım, III Sektor səhifəsində Sizi görməkdən çox şadam. Sizcə, ölkə QHT-lərinin facebook qrupu olan III Sektor qrupu ilə rəhbərlik etdiyiniz media qurumu hansı formada əməkdaşlıq edə bilər? Qrupumuz üçün bir layihə təklif edə bilərsinizmi?
- Əlbəttə, əməkdaşlıq edə bilərik. Artıq mən ideyamızı yazdım, biz APA-da bir III sektor adlı menyü yaradacağıq. Həmin menyüdə yayılan yazılar dərhal sizin qrupun facebook səhifəsində görünə bilər. Birgə əməkdaşlıqla bağlı layihə təklifim də var. Amma icazənizlə onu ictimaiyyətə açıqlamadan öncə sizin qrupun yaradıcıları ilə bizim ofisimizdə çay süfrəsi ətrafında müzakirə edək.
Nadir Adilov: Vüsalə xanımı qrupumuzun qonağı olaraq görməkdən məmnunam, həm də ona görə ki, mən də media kapitanlarından Vüsalə xanımın qonaq qismində dəvət olunmasını dəstəkləyənlərdən olmuşam. Vüsalə xanım, necə düşünürsünüz, media sahəsində fəaliyyət göstərən QHT - lər medianın bugünkü gündəmi ilə həmahəngdirlərmi, onların problemlərinin həllinə yardımçı ola bilirlərmi ? Digər bir sualım isə ondan ibarətdir ki, necə düşünürsünüz, artıq vaxtı deyilmi ki, elə media qurumlarının özləri QHT - lərlə birgə müəyyən layihələri icra etsin.
- Mən media sahəsindəki QHT-lərin birinin İdarə Heyətində təmsil olunuram. Söhbət Mətbuat Şurasından gedir. Ona görə də çox pessimist ola bilməyəcəm və bəlkə də münasibətim subyektiv olacaq.
Ümumiyyətlə, media sahəsindəki QHT-lərin çalışdığını, əlaqələr qurduğunu izləyirəm. Tez-tez tədbirlərində ekspert kimi çıxış edirəm. Amma bütövlükdə sektorun fəaliyyətini çox da effektli hesab etmirəm. Bu sahədə bir neçə işləməyə cəhd edən QHT varsa, onlarla da yalnız addan ibarət olanlar var. Eyni zamanda hesab edirəm ki, Azərbaycan beynəlxalq media qurumlarının ofislərinin, nümayəndəliklərinin Bakıda açılmasına daha çox üstünlük verməlidir. Həmçinin Qafqaz regionu üçün müştərək media sahəsini əhatə edən QHT-lər yaratsaq, pis olmaz. Bizim ölkənin bugünkü nüfuzu və Qafqazda liderliyi də buna imkan verir.
İkinci sualınızla bağlı deyim ki, biz media şirkəti olaraq, istənilən sahədə fəaliyyət göstərən QHT ilə işbirliyinə hazırıq. Normal layihələrə informasiya dəstəyi olmaq, ortaq proyektlər həyata keçirmək mümkündür.
Rauf Əliyev: Vüsalə xanım, sizcə, bu gün medianın ictimaiyyətə niyə təsiri yoxdur? Azərbaycanda Türkiyədən fərqli olaraq, media kapitanlarının çoxu mediadan uzaq insanlardır. Bu medianın inkişafına problem yaratmırmı?
- Məncə, medianın ictimaiyyətə təsiri böyükdü. Yəqin ki, bu gün heç kim həyatını “facebook”suz təsəvvür etmir. Bu da elə mediadı. Əgər Siz Azərbaycanda fəaliyyət göstərən TV və qəzetlərin bir qismini nəzərdə tutursunuzsa, o fikirlə qismən razıyam. Amma bunun siyasi, iqtisadi, sosial, psixoloji və mədəni səbəbləri var. Qısaca belə deyim: Medianın ictimaiyyətə təsir etmək imkanında olmaması üzücü faktdı. Amma məsələnin o biri tərəfi də var. Gəlin görək, ictimaiyyət medianın ona təsir etməsini istəyirmi?)))
İkinci sualınıza cavab olaraq bildirim ki, əksinə, Azərbaycanda media rəhbərləri Türkiyədən fərqli olaraq, mediaya aid olan insanlardı. Bu da inkişafa problem yaradır. Bizdə elə fikir formalaşıb ki, kim yaxşı yaza bilirsə, o qəzet rəhbəri, kim yaxşı xəbər hazırlaya bilirsə, o sayt direktoru olmalıdı.
Məncə, bu, tamamilə yanlış yanaşmadı. Qəzet rəhbəri yaxşı yazı yaza bilən yox, yaxşı qəzet sata bilən olmalıdı. Yaxşı qəzet satanın yaxşı da pulu olacaq. Onda yaxşı yazan özü maraqlı olacaq o qəzetdə işləyib, yazmağa.
Məncə, qəzetin və ya saytın administrativ rəhbəri menecer, marketinqi yaxşı bilən şəxs olmalıdır. Redaksiyaya və yaradıcı prosesə isə yaxşı redaktor başçılıq edə bilər. Amma bütün hallarda bu iki sahənin eyni rəhbəri ola bilməz.
Nazir Quliyev: Rəhbərlik etdiyiniz KİV-lərdə uşaqlarla bağlı məlumatların yerləşdirilməsi üçün hansı standartlar var?
- Azərbaycan jurnalistlərinin qurultayında Jurnalistlərin Peşə Davranış Kodeksi qəbul olunub. O kodeksdə nəzərdə tutulan prinsiplər və standartlarla işləyirik.
Məhəmməd Məmmədov: Vüsalə xanım, bu gün Azərbaycan mətbuatı cəmiyyətin dəyişdirilməsi prosesində necə iştirak edir?
- Mətbuatın bir funksiyası da maarifləndirməkdir. Bu prosesdə medianın iştirakı vacibdir. Amma bu gün medianın hamısının maarifləndirmə sahəsində çox aktiv olduğunu deyə bilməyəcəyəm. Çünki inkişaf səviyyəsinə, maddi texniki bazasına, kadr hazırlığı imkanlarına görə, media çox obyektiv səbəblərdən cəmiyyətin bir çox digər sahələrindən geridə qalıb. Mən deməsəm də, bilirsiz ki, geridə qalan irəlidəkini dəyişdirə bilməz.
Digər tərəfdən biz vətəndaş cəmiyyətinin quruculuğu prosesində QHT və siyasi institutlarla bərabər iştirak etməliyik. Digər iki sütunun cəmiyyətə təsiri nə qədərdisə, medianın da təsir imkanları o qədər, bəzi hallarda isə bir qədər artıqdır. Amma bütün hallarda yetərli deyil.
Elməddin Hacılı: Vüsalə xanım, sizin fikrinizcə, bu gün Azərbaycan QHT-ləri informasiya istehsalçısına çevrilə biliblərmi? Sizcə, günümüzdə QHT-lər tərəfindən hazırlanan media materialları müasir jurnalistikanın tələblərinə cavab verirmi? Burada sizə ünvanlanan suallar və sizin cavablar rəhbərlik etdiyiniz saytların birində yayılsa, yaxşı olardı.
- Məncə, QHT-lər kifayət qədər məlumat istehsalçısına çevrilib. Amma onların nə qədərinin informasiya olduğunu araşdırmaq üçün ciddi monitorinqə ehtiyacı var. O ki qaldı xəbərin və press-relizin hazırlanma strukturuna, ürək ağrısı ilə deyim ki, vəziyyət yaxşı deyil.

1811