Qaxda ibtidai insanların yaşadığı mağara və zağalar aşkarlandı
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Paleolit arxeoloji ekspedisiyası Ceyrançöl dəstəsinin rəhbəri Mənsur Mənsurovun başçılığı ilə Qax rayonu ərazisində tədqiqat işləri davam etdirilir.
Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Ləkit-Kötüklü kəndindən şimalda, yerli əhalinin “xorqaya” və “skolatlar” adlandırılan ərazidə aparılan kəşfiyyat işləri zamanı arxeoloqlar dəniz səviyyəsindən 2500 metr yüksəklikdə dolomit qaya zolaqlarından ibarət qaya yarıqlarının arasında ibtidai insanların yaşaya biləcəyi ehtimal olunan mağara və zağalar aşkarlanıb.
Arxeoloqların ehtimalına görə, bu qayaaltı qövsvari boşluqlarda ibtidai insanların yaşaması üçün münbit şərait olub. Arxeoloji axtarış-kəşfiyyat işləri rayonun əsasən İlisu, Sarıbaş, Ağçay, Ləkit və Ləkit-Kötüklü kəndlərində aparılıb. Ərazidə ibtidai insanların məskunlaşması və tarixi ilə bağlı daha dəqiq məlumatlar gələcəkdə ərazidə aparılacaq arxeoloji tədqiqatlar zamanı məlum olacaq.

Oxşar yazılar

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ
13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları - VİDEO
13 iyul 2025 , 14:34
Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI
13 iyul 2025 , 14:29
Bu gün 34 mindən çox abituriyent imtahan verdi -YENİLƏNİB
13 iyul 2025 , 13:33
Sabah çimərliyə gedənlərin DİQQƏTİNƏ!
13 iyul 2025 , 12:26
Qarpızdakı üç əsas əlamət: onu qətiyyən almamalısınız
13 iyul 2025 , 12:23
Bakıda 40 dərəcə isti olacaq - SABAHIN HAVASI
13 iyul 2025 , 12:05