"Hər an Sizinləyik" - Qarabağ qazilərindən PREZİNDENTƏ MƏKTUB
29 may 2020 19:34 (UTC +04:00)

"Hər an Sizinləyik" - Qarabağ qazilərindən PREZİNDENTƏ MƏKTUB

Azərbaycanın bölgələrindən Prezident İlham Əliyevə ünvanlanan minnətdarlıq məktubları gəlməkdə davam edir.

Lent.az Astara rayonundan olan Qarabağ qazilərinin məktubunu təqdim edir:

"Əziz Prezidentimiz.
Dünyanı bürüyən koronavirus pandemiyasından xalqımızı qorumaqdan ötrü atdığınız qətiyyətli addımlar biz Qarabağ qazilərini Sizə minnətdarlıq etməyə, böyük sevgimizi bildirməyə sövq etdi.
Biz müharibə od-alovunu görmüş, ölümün gözünə dik baxaraq mənfur düşmənə qarşı vuruşmuş insanlarıq. Sizin bu gün bütün bəşəriyyəti sarsıdan, qorxulu və gözəgörünməz düşmənlə mübarizədə xalqımızın təhlükəsizliyini yüksək səviyyədə təmin etməyiniz böyük qəhrəmanlıq nümunəsidir. Dünyanın güclü dövlətləri bu xəstəliklə mübarizədə böyük itkilər verdiyi halda, xalqımız və dövlətimiz Sizin rəhbərliyinizlə cüzi itkilərlə bu təhlükəni adlamaqdadır. Yoluxma riski böyük olan sərhəd bölgəsinin vətəndaşları olaraq normal həyatımıza davam edirik. İnanırıq ki, xalqımız bu qorxunc xəstəliyə qalib gələcəkdir. Əslində, Siz bütün cəbhələrdə qalibsiniz və biz qalib Prezidentimizlə həmişə fəxr edirik. Hər dəfə siyasət meydanlarında məntiqli fikirləriniz, tutarlı sübutlarınız qarşısında çaş-baş qalan Ermənistan rəhbərliyini gülünc vəziyyətdə görüncə Sizə inamımız, sevgimiz, rəğbət və ehtiramımız birə min artır.
Cənab Ali Baş Komandan, inanırıq ki, işğal altında olan torpaqlarımız dönməz iradəniz və qətiyyətinizlə tezliklə azad ediləcək, müqəddəs bayrağımız qədim Şuşada, Xankəndidə əzəmətlə dalğalanacaq. Biz qazilər hər an Sizinləyik, Sizin əmrinizə müsəlləh əsgər kimi hazırıq. Allah Sizi və ailənizi qorusun!"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2158
avatar

Oxşar yazılar

Leysan yağacaq, çaylara sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, çaylara sel gələcək - XƏBƏRDARLIQ

18 iyun 2024 , 12:16
Jurnalist Sərxan Kamallı dəfn olundu - YENİLƏNİB

Jurnalist Sərxan Kamallı dəfn olundu - YENİLƏNİB

17 iyun 2024 , 16:41
Sabah iki rayon susuz qalacaq

Sabah iki rayon susuz qalacaq

17 iyun 2024 , 15:28
Leysan yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

Leysan yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

17 iyun 2024 , 14:56
Sabah 39 dərəcə  isti olacaq - PROQNOZ

Sabah 39 dərəcə isti olacaq - PROQNOZ

17 iyun 2024 , 12:47
XƏBƏRDARLIQ:  Sabahın havası bu insanlara pis təsir edəcək

XƏBƏRDARLIQ: Sabahın havası bu insanlara pis təsir edəcək

16 iyun 2024 , 12:30
Çimərliklərdə hava necə olacaq?

Çimərliklərdə hava necə olacaq?

16 iyun 2024 , 12:24
Bakıda və rayonlarda yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Bakıda və rayonlarda yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

16 iyun 2024 , 12:11