Zelenski Putinin kimin  Ukrayna prezidenti olmağı   təklif etdiyini AÇIQLADI
23 yanvar 2025 16:30 (UTC +04:00)

Zelenski Putinin kimin Ukrayna prezidenti olmağı təklif etdiyini AÇIQLADI

Ukrayna prezidenti Vladimir Zelenski Vladimir Putinin danışıqlara hazır olması və İstanbul sazişlərinə qayıtması ilə bağlı iddialarını rədd edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Zelenskinin sözlərinə görə, Moskvanın bütün təklifləri ultimatumdan başqa bir şey olmadığı üçün Rusiya ilə real danışıqlar aparılmayıb.

Zelenski bu barədə Davosda Beynəlxalq Media Şurasının nümayəndələri ilə görüşündə danışıb və vurğulayıb ki, Putinlə dialoq heç vaxt təzyiq cəhdlərindən kənara çıxmayıb. Prezident qeyd edib ki, bütün bu cür təşəbbüslər Ukraynanın qəbul edə bilməyəcəyi şərtlərlə müşayiət olunub.

"Türkiyə danışıqları yoxdur, çünki mən prezidentəm, danışıqlar aparan şəxsəm, Rusiyada isə o, danışıqlar aparan şəxsdir - Putin. Ona görə də mən Türkiyədə Putinlə heç vaxt görüşməmişəm", - Zelenski bildirib.

O əlavə edib ki, Moskvanın bu “danışıqlar” çərçivəsində təklifləri Ukraynanın kapitulyasiyasını tələb edən ultimatumlara bərabərdir. Onların arasında Donbasın Rusiyanın bir hissəsi kimi tanınması, neytral statusun qəbul edilməsi, ordunun 50 min nəfərə qədər azaldılması və artilleriyanın məhv edilməsi şərtləri var idi.

Prezident həmçinin qeyd edib ki, Rusiya Ukrayna Konstitusiyasının dəyişdirilməsində və hakimiyyətin rusiyayönlü siyasətçilərə verilməsində israrlıdır.

"Onlar dedilər ki, mən istefa verməliyəm, məni rusiyapərəst Viktor Medvedçuk ilə əvəz edəcəklər. Deməli, mən artıq prezident deyiləm. Mənim üçün bu, problem deyil, xalqımız səs verəcək. Yəni, məqsəd bu deyil... Buna görə heç vaxt danışıqlar aparılmadı, bu qatildən ultimatumdur", - Zelenski vurğulayıb.

O, dialoqa başlamaq cəhdlərinin təkcə Türkiyədə deyil, Belarusda da edildiyini, lakin bunların hamısının Rusiyanın yeni ultimatumları ilə başa çatdığını xatırladıb. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə Rusiya tərəfi Ukrayna üçün qəbuledilməz olan şərtlərdə israr etməkdə davam edib.

"Onlar gəlib yenə ultimatum irəli sürdülər. Deməli, biz heç bir danışıqlar apardığımızı deyə bilmərik, çünki hər üç dəfə Putindən ultimatumlar olub", - Zelenski yekunlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1095
avatar

Oxşar yazılar