Erməni lobbisinə əlaltılıq edən türkiyəli jurnalist Nagehan Alçı vaxtilə SOROS Fondunun maliyyələşdirdiyi Beynəlxalq Böhran Qrupunun əməkdaşı qismində Ermənistana və vaxtilə işğal altında olan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər etmişdi.
Ermənilər tərəfindən onun qarşısında qoyulan əsas tapşırıq isə Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaq və onun onun Qarabağdakı uzantısı olan qondarma və terrorist rejimini təbliğ etməkdən ibarət olmuşdur.
Azərbaycanın işğal altında olan bölgələrinə səfər edən şəxslər “qara siyahı”ya düşdüyü üçün, Nagehan Alçı da həmin siyahıda olan şəxslərdən idi.
N.Alçı Azərbaycana səfər etmək üçün adının “qara siyahı”dan çıxarılması xahişi ilə rəsmi Bakıya müraciət etmişdi. O, müraciətində Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini bildirmişdi.
Azərbaycan onun bu səmimiliyinə inanmasa da, yalnız Türkiyə vətəndaşı olduğuna görə Azərbaycan Xarici İşlər Nazirliyi onun “qara siyahı”dan çıxarılması ilə bağlı qərar vermişdi.
Daha sonra Bakıya bir dəfə Türkiyə media nümayəndələrinin tərkibində səfər edib. Sonra isə Türkiyə mediasında Azərbaycanı məzxərəyə qoymuşdu.
O, Beynəlxalq Böhran Qrupunun əməkdaşı olub. Türkiyəli jurnalist vaxtı ilə erməni separatizmini dəstəkləmək məqsədi ilə Qarabağa səfər etdiyi üçün Azərbaycanın “qara siyahısı”nda olan yeganə Türkiyə vətəndaşı olub.
Beynəlxalq qanunvericilik, BMT-nin 4 qətnaməsi və dünya ölkələrin aydın mövqeyini kənara atan və işğalçı bir ölkənin tərəfində duran bir jurnalistin bu mövqeyi heç də onun tərəfsiz olmadığını göstərir. Nagehan Alçı Türkiyədə xarici paytaxtlardan qidalanan, amerikalı milyarder Corc Sorosun fondlarından maliyyə dəstəyi alan jurnalist kimi məşhurluq qazanıb. Əgər ona jurnalist demək mümkündürsə...