Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri Naisseline Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Lent.az xəbər verir ki, nümayəndə heyəti bu gün Bakıda Müqəddəs Məryəm Katolik Kilsəsində olub.
Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete kilsə haqda, burada yaradılan şərait barədə qonaqları məlumatlandırıb.
Qonaqlar kilsədə eksponatlarla tanış olublar.