Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən kursda Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov mühazirə oxuyub.
Lent.az-ın verdiyi məlumata görə, Ziyafət Əsgərov Azərbaycanda 2002-ci ilə qədər iki - proporsional və majoritar seçki sistemlərinin tətbiq olunduğunu söyləyib.
Ziyafət Əsgərov bildirib ki, majoritar seçki sistemi Azərbaycan seçki mühiti üçün daha məqbuldur: “Proporsional seçki sistemi partiya siyahısına əsaslanır. Azərbaycanda biz proporsional seçki sisteminin ən sadə formanı tətbiq etmişditk. Ancaq vətəndaş bu halda partiya siyahasına səs verir, tutaq ki, siyahıda istəmədiyi adam da olsa, ona da səs vermiş olur. Lakin majoritar seçki sistemində vətəndaş birbaşa istədiyi namizədə səs verir. İkincisi, qanunvericiliyimizdə regional partiyaların yaradılması nəzərdə tutulmayıb, partiyalar ümumrespublika səviyyəsinə yaradılır. Proporsional seski sistemində rayonların təmsiçliliyi şübhə altında qalır. Ancaq mayoritar seçki sistemində bu problem yaşanmır”.
Ziyafət Əsgərov qeyd edib ki, prezidentliyə namizədlərlə bağlı yaş, oturaqlıq senzi qoyulur: “Prezident seçkilərində namizədlər üçün yaş seni 35 yaş, parlament seçkilərində 25 yaş, bələdiyyə seçkilərində 21 yaş müəyyənləşib. Bu da təsadüfi deyil, dövlət başçısı müəyyən təcrübəyə malik olmalıdır”.
Vitse-spiker deyib ki, müəyyən ölkələrdə səsverməyə gəlməyən insanlar üçün cərimələr, bəzi ölkələrdə cəzalar nəzərdə tutulub. Onun sözlərinə görə, Azərbaycanda buna ehtiyac yoxdur, əhalimiz siyasi cəhətdən fəaldır. O qeyd edib ki, bəzən seçkiyə getməyən tənbəl insanlar da olur, amma əksəriyyət fəaldır. Ziyafət Əsgərov Konstitusiyada siyasi partiyalarda birləşmək hüququnun nəzərdə tutulduğunu xatırladıb: “Seçkidə həm xalq hakimiyyəti formalaşdırır, həm də hakimiyyətə legitimlik statusu verilir. Ola bilər ki, hakimiyyət formalaşsın, ancaq onu legitim hakimiyyət kimi tanımırlar, çünki orada seçkidə xalqın tam əksəriyyəti seçkidə iştirak etməyib. Digər tərəfdən, seçkilər cəmiyyətin siyasi ab-havasını müəyyənləşdirir”.