Rusiya Dövlət Dumasının sədri Azərbaycana gəlib - YENİLƏNİB
24 iyun 2018 15:36 (UTC +04:00)

Rusiya Dövlət Dumasının sədri Azərbaycana gəlib - YENİLƏNİB

Bu gün Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

 

APA-nın məlumatına görə ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Rusiya Dövlət Dumasının sədrini Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovqarşılayıb.

 

 

 

xxxxx

 

 

 

10:37

 

Bu gün Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin rəhbərlik etdiyi parlament nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.

 

İki gün nəzərdə tutulan səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Milli Məclis sədri Oqtay Əsədovla görüş keçiriləcək. Görüşlərdə iki ölkə arasında qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi, iqtisadi-ticari əməkdaşlıq sahəsindəki məsələlərin həlli, qanunvericiliklərin uyğunlaşdırılması müzakirə olunacaq. Eyni zamanda ikitərəfli parlamentlərarası əlaqələrin inkişafı və beynəlxalq təşkilatlarda birgə fəaliyyət məsələsi diqqət mərkəzində olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 392
avatar

APA Baycan

Oxşar yazılar