Aprelin 11-nə təyin olunan prezident seçkilərinin keçirilməsi üçün yaradılan seçki məntəqələrinin sayı açıqlanıb.
APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov bildirib ki, xaricdə və müvəqqəti yaradılan seçki məntəqələri də daxil olmaqla, prezident seçkiləri ilə əlaqədar 5641 seçki məntəqəsi fəaliyyət göstərəcək.