Prezident İlham Əliyev noyabrın 17-də Ukraynaya rəsmi səfərə gedib. Lent. az-ın məlumatına görə, Azərbaycanın və Ukraynanın dövlət bayraqlarının dalğalandığı Kiyevin Borispol hava limanında prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Milli geyimli qızlar dövlətimizin başçısına duz-çörək təqdim ediblər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstələri təqdim olunub.