Pakistanın ən böyük və tirajlı qəzeti olan «Deyli Tayms» qəzetinin bugünkü sayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətinə həsr edilmiş yazılar dərc edib. Bu barədə İslamabaddan Lent.az-ın Pakistana ezam olunmuş əmkdaşı Səbuhi Məmmədli xəbər verir.
Məlumata görə, qəzetin dərc etdiyi iki səhifəlik materialda Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun Pakistanda gördüyü xeyriyyə işlərindən geniş söhbət açılır.
Qəzetdə Nəcəf Zaidinin «Mehriban Əliyeva-Humanizmin simovolu», «Evrovizion 2012-böyük festival», habelə «Mehriban Əliyeva: xeyirxah qadın» başlıqlı yazılarda Azərbaycanın birinci xanımının və Heydər Əliyev Fondunun dost ölkədə gördüyü xeyriyyə işlərindən, humanitar fəaliyyətindən bəhs edilib.
Qəzet Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarovun və Pakistanın ən böyük qadın təşkilatı olan Könüllü Qadınlar Təşkilatının sədri Səminə Şahın da yazılarına da yer ayırıb.
Səbuhi Məmmədli,
İslamabad