On illik uğurlu fəaliyyət
19 iyun 2013 14:06 (UTC +04:00)

On illik uğurlu fəaliyyət

Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı naminə misilsiz fəaliyyətində Prezident İlham Əliyev varislik, novatorluq və dinamizm prinsiplərinə sadiqlik nümayiş etdirir. Prezident siyasi fəaliyyətində varisliyin təmin edilməsi qayğısına qalır və praktiki şəkildə sübut edir. Ötən dövrün yekunlarınının təhlilinə əsasən xalqa layiqli xidmət prinsipinin Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasətin ana xəttinə çevrildiyinin əmiliklə söyləmək olar. Dövlət başçısı respublikada sürətli sosial-iqtisadi inkişaf və tərəqqiyə, siyasi sabitliyə, vətəndaş sülhünə ciddi təminat yaratmış strateji siyasi kursu uğurla davam etdirərək hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirmiş, verdiyi bütün vədləri gerçəkləşdirmişdir. Öz fəaliyyəti ilə ümummilli liderə layiq şəxsiyyət olduğunu sübuta yetirən Prezident müasir dövrün tələb etdiyi siyasi lider imicini formalaşdırmışdır. Bu artıq təqzib olunmaz bir fakta çevrilmiş və Prezidentin məqsədəuyğun fəaliyyəti də bunu bir daha doğruldur. Dövlət başçısının 10 il müddətində ölkəmizdə milli dövlət quruculuğu prosesinin uğurlu inkişafı, demokratik dövlət idarəçiliyi modelinin yaradılması, vətəndaş cəmiyyətinin bərqərar olunması, respublikanın iqtisadi inkişafının təmin olunması istiqamətində tarixi nailiyyətlərə yol açması Ümummilli lider Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirdiyinin bariz sübutudur.

2005-2009-cu illərdə Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada lider dövlət olmuş, iqtisadiyyatda keçid dövrünü başa çatdırmışdır. Həmin ildən başlayaraq əsas diqqət ölkənin neftdən asılılığının azaldılmasına yönəldilmiş  və son üç ilin dinamikası aydın şəkildə göstərir ki,  Azərbaycan rəhbərliyi bu  vəzifənin öhdəsindən layiqincə gəlmişdir. Hazırda neft hasilatı sabit saxlanılmaqla, ölkənin iqtisadi artımı əsasən qeyri-neft sektorunun hesabına reallaşdırılır. Hətta dünyadakı maliyyə böhranının başladığı 2009-cu ildə Azərbaycan iqtisadiyyatında 9 faiz artım olmuşdur. Keçən il ümumi daxili məhsulun 2,2 faizlik artımı müşahidə olunmuş, qeyri-neft sektoru isə təxminən 10 faiz yüksəlmişdir. Son 8 ildə isə qeyri-neft sektoru 2 dəfə artmışdır. iqtisadiyyat 3 dəfə artmış, şaxələnmiş, müasir sosial-iqtisadi infrastruktur yaradılmış, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilmişdir. 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi bu il  25 milyard dollara çatdırılmışdır. Ölkədə bir milyondan çox yeni iş yeri yaradılmış, əhalinin işsizlik səviyyəsi 5,1 faizə salınmışdır. 2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz təşkil edirdisə, ötən il bu rəqəm 6 faizə endirilmişdir. Bu, yoxsulluqla mübarizə sahəsində dünyada ən yüksək göstəricilərdən biridir. Azərbaycan iqtisadiyyatına bütövlükdə 140 milyard dollar həcmində sərmayə qoyulmuş, ölkənin strateji valyuta ehtiyatları 46 milyard dolları ötmüşdür.

Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. Azərbaycan artıq dayanıqlı iqtisadiyyata malik ölkəyə çevrilmişdir. Ölkəmizin sosial-iqtisadi uğurları beynəlxalq reytinq qurumlarının hesabatlarında da öz ifadəsini tapmışdır. 2012 –ci ildə dünyanın aparıcı “Fitch”, “Moody’s” və “Standard & Poor’s” reytinq agentlikləri əksər inkişaf etmiş ölkələrin kredit reytinqini aşağı saldıqları halda, ölkəmizin reytinqini artırmışlar. Azərbaycan BMT-nin İnkişaf Proqramının insan inkişafı ilə bağlı hesabatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupuna yüksəlmişdir. Dünya İqtisadi Forumunun ən vacib regional tədbirlərindən birinin 2013-cü il 7-8 aprel tarixində Bakıda keçirilməsi dövlətin həm iqtisadi, həm də siyasi baxımdan yüksək nüfuz sahibi olması, həmçinin  mühüm geostrateji əhəmiyyətli mövqeyə malik bir dövlət kimi təsdiqi ilə bağlıdır.  Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz dünyada 46-cı, MDB məkanında isə 1-ci yerdədir.

Eyni zamanda Azərbaycanın 2011-ci ildə yüksək rəqabət şəraitində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi,  2012-ci ilin  mayında isə təşkilata sədrlik etməsi müstəqillik illərində ölkəmizin davamlı inkişafına, dünyada qazandığı hörmətə, qlobal təhlükəsizliyə töhfələrinə verilən beynəlxalq qiymətdir. Azərbaycan keçmiş sovet respublikaları arasında öz süni peykinə malik olan ilk ölkəyə çevrilmişdir.

Bütün məqamlarda insan amilinə diqqəti önə çəkən Prezident İlham Əliyevin islahatçı lider kimi tanınması, müstəsna təşkilatçılığı sayəsində son illərdə qazanılmış nailiyyətlər birmənalı şəkildə ulu öndər Heydər Əliyevin dövlətçilik ideallarına sadiqliyinin parlaq təcəssümü olmaqla hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hisslərini daha da gücləndirmişdir. Bütün bu sadalanan amillərin nəticəsidir ki, Xalqın etimadını qazanan İlham Əliyevin son dövrlərdəki fəaliyyəti onu cəmiyyətə alternativsiz lider kimi təqdim etmişdir. Artıq respublikanın gəncləri, ziyalıları, vətəndaşları yekdilliklə İlham Əliyevin namizədliyini irəli sürür, bu posta layiq olan yeganə şəxs olduğunu təsdiqləyir.

İlham Əliyevin siyasi fəaliyyəti nəinki yalnız ölkə daxlində, həmçinin beynəlxalq arenada da mühüm  diqqət mərkəzindədir və izlənilir. Bunun nəticəsidir ki, Prezidentimiz dünya siyasətçiləri arasında lider kimi tanınan dövlət rəhbəridir. “Times” jurnalı İlham Əliyevi 2012-ci ildə nüfuzlu  100 şəxs siyahısına daxil edib. Türkiyənin “Ekovitrin” jurnalı “on ilin adamı” elan edib, Böyük Britaniyanın məşhur “The Business year” jurnalı “ilin adamı” adlandırıb və s. http://az.wikipedia.org/wiki/%C4%B0lham_%C6%8Fliyev - sitat_qeyd-1#sitat_qeyd-1Bütün bu faktlar isə dövlət başçısının siyasi liderlik fəaliyyətinin uzunmüddətli və davamlı olacağından xəbər verir.

Nailə Məmmədova

"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 542
avatar

Oxşar yazılar