- İraq Türkmən Cəbhəsi liderlərinin sui-qəsdə məruz qalmasının arxasındakı səbəblər barədə danışa bilərsinizmi?
- Bu sui-qəsdlər bölgədəki türk varlığını aradan qaldırmağa yönəlib.
- Kim aradan qaldırmaq istəyir?
- Bunlar bu günün məsələləri deyil. Proseslər Birinci Dünya müharibəsindən sonra başlayıb. Oradakı türk varlığı ingilislərə qarşı çıxaraq İraq dövlətinin yaradılmasını istəməmişdi. 1920-ci ildə Faysalın kral olması üçün referendum keçiriləndə həm ərəblər, həm də kürdlər müsbət səs verdilər. Sadəcə türklər Faysalın kral olmasını rədd etdilər. O vaxt ingilislər düşündülər ki, türklər burada qaldıqları müddətcə İraq dövlətinə problem yaradacaqlar. Bu gün cərəyan edən proseslərə baxanda görürük ki, Böyük Kürdüstan qurulması üçün də Kərkükdəki türk varlığının ortadan qaldırılması lazımdır. Türkiyənin prezidenti Bağdada gedərkən demişdi ki, təyyarəmiz Kürdüstanın üzərindən keçir. Bu, Kürdüstanı elan etmək idi və Kürdüstan xəritəsinin içinə bütün türk bölgələri daxil edilib. Oralarda kürdlərin yaşadığı bölgələr bəllidir. Onlar Süleymaniyyə də daxil olmaqla, daha əvvəl dağ ətəklərində yaşayırdılar. Yaxın keçmişdə dağlardan enib şəhərlərə yerləşdilər. Bölgədə Böyük Kürdüstan qurulmasına qarşı çıxanlar kimlərdir? Türklərdir. Biz deyirik ki, o bölgədə şumerlər dönəmindən bəri türklər yaşayıb. Bunun sübutları var. Oradakı tarixi abidələrin hamısı türklərə aiddir, kürdlərə aid bir əsər də yoxdur. Ancaq bugünkü siyasi düşüncə içərisində və təəssüf ki, Türkiyənin də böyük dəstəyi ilə oralar kürd bölgəsi olaraq qəbul edildi. Son qətliamları bizim torpaqlarımızda gözü olan insanlar həyata keçirir. Neft kürdlərə böyük miqdarda pul qazandırır, onlar da canlı bombaçılar tutaraq yas çadırında bizim liderlərimizi qətlə yetirirlər. Təəssüf ki, Türkiyə hökuməti İraqdakı türklərə sahib çıxmadığına görə biz dədə-baba torpaqlarımızda böyük sıxıntılar yaşayırıq. Türk əsgəri haradadır?
- Mən də onu soruşacaqdım. 10 il əvvəl ABŞ İraqı işğal edəndə Türkiyə TV-ləri Kərkükdən daim canlı yayınlar verirdilər. Yaxşı xatırlayıram ki, İraq Türkmən Cəbhəsinin o vaxtkı lideri Sənan Əhmədağa TV-də demişdi ki, türk tankları və hərbi maşınları gəlib Kərkükün küçələrində dolaşsın, onda Türkiyənin burada olduğuna inanacağam. Kərkük o vaxt Türkiyənin “qırmızı çızgısı” idi, nə oldu ki, bu vəziyyət yarandı?
- “Qırmızı çızgı” bitdi. ABŞ 9 aprel 2003-də İraqı işğal etdi, ona dəstəyi kim verdi? Kürdlər. 10 apreldə kürdlər Kərkükə girərək sadəcə mağazaları yağmalamadılar, ordakı türk kimliyini yaşadan arxivləri dağıtdılar. ABŞ əsgərləri türk əsgərlərinin başına çuval keçirəndən sonra bizim əzablarımız daha da artdı. Türkiyə ABŞ-ın İraqa girməsi üçün 1 mart 2003-cü il qərar layihəsini Məclisdə rədd edəndən sonra “qırmızı çızgilər” də aradan qalxdı. Ondan sonra Məsud Bərzani demişdi ki, 1 mart layihəsini rədd edərək Türkiyə bizi ABŞ-ın müttəfiqi halına gətirdi. Bərzani o vaxt Türkiyə parlamentindəki kürd mənşəli 70 millət vəkilinə təşəkkür etmişdi. Bu gün biz bölgədə varlıqla yoxluq arasında mübarizə aparırıq. Bunu heç kim unutmasın: oradakı türk varlığı ata-babasından qalma torpaqları heç vaxt əlindən verməz. Səddamın zülmü altında bizim minlərlə insanımız edam edildi, ancaq biz o torpaqları tərk etmədik. Ordakı istənilən gənci çağır, sənə deyəcək ki, mən özüm türkəm, əlimə dəyənək ver, mən gedib istədiyin adamın başına vurum. Orada belə bir gənclik və şüurlu insanlar varsa, Türkiyənin öz siyasətini dəyişməsi lazımdır. Əgər milli dövlət siyasəti izlənərsə, Türkiyə bölgədəki türkmənlərin sayəsində parçalanmaqdan xilas olar, bölgədəki türk varlığı da sonsuzluğa qədər yaşayar.
- Bəs siyasi partiyaların mövqeyinə nə deyirsiniz? MHP lideri Bahçeli keçən il Ramazan bayramı namazını Kərkükdə qılmaq üçün Bağdaddan icazə istədi, ancaq vermədilər.
- Heç olmasa, türklüyü müdafiə edən, danışanda daim türk kəlməsinə vurğu yapan bir MHP liderimiz var. Allah onları türk millətinin başından əskik etməsin. Millətimiz bundan sonra kimi seçəcəyini bilməlidir. İstər baş nazirimizi, istərsə də xarici işlər nazirimizi Kərkükdə milli siyasət həyata keçirməyə çağırıram.
- Azərbaycanla Kərkük arasında xüsusi bir könül bağı var. Sizin daim Qarabağla maraqlandığınızı bilirik. Kərkükdə cərəyan edən proseslərlə Qarabağ məsələsi arasında paralellik qura bilirsinizmi?
- Yaşım artıb, ancaq ağlımı itirmədiyimə görə Allaha şükür edirəm. 60 ildən bəri türk dünyası üçün xidmət edirəm. Tanıdığım vətənpərvər insanlardan biri mərhum Əbülfəz Elçibəy idi. Ölümündən bir az əvvəl Əbülfəz Elçibəylə İstanbulda görüşmüşdüm. Mənə demişdi ki, Kəlbəcərdən xalqı çıxarmaq üçün Süleyman Dəmirəldən 2 helikopter istəmişdim, ancaq vermədi. Mən bundan artıq nə deyim? Türkiyənin Azərbaycana baxışı budur. Bir vaxtlar Turqut bəy də demişdi ki, azərbaycanlılar şiədir. Sən türkü sünniyə-şiəyə bölürsənsə, bizim hansı birliyimizdən söhbət gedə bilər? Bu gün Türkiyə baş nazirinin dilindən “sünni-şiə” söhbətləri düşmür. Biz türk dünyasını bu zehniyyətlə necə birləşdirə bilərik? Türkiyənin milli siyasəti heç vaxt olmayıb. Eyni zamanda bugünkü qədər başqasına xidmət etmək siyasətini də heç vaxt görmədik. Əhməd Davudoğlunun yerə-göyə sığdırılmayan “Strateji dərinlik” kitabında Kərküklə bağlı tək səhifə varmı? Bunun qəbahəti bizdədir.
- Bizim qəbahətimiz nədir?
- Biz gənc nəsillərə öz fikirlərimizi aşılaya bilmirik, onları ideallarımızı yaşatmaq üçün yetişdirə bilmirik. Mən tibb təhsili alanda müəllimlərimiz bizə tarix, coğrafiya, təhlükəsizlik, ədəbiyyat, mədəniyyət barədə danışardılar. Gənclik bu cür milli ruhda yetişdirilə bilər. Kərkük bizimdir, Qarabağ bizimdir. Bunu daim gənclərə aşılayacağıq. Kərkükdəki son sui-qəsd hadisəsindən sonra İstanbulda etiraz aksiyaları oldu, ancaq bir çoxumuz qorxudan küçəyə