Mehriban Əliyeva Pakistanda “İlin adamı” seçildi
23 yanvar 2013 12:02 (UTC +04:00)

Mehriban Əliyeva Pakistanda “İlin adamı” seçildi

“Biz, Pakistan Qadın Könüllülər Təşkilatı və “Deyli Tayms” qəzeti Mehriban Əliyevanı Pakistanda “İlin adamı” seçəndə heç bir tərəddüd eləmədik. Onun və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Pakistanda gördüyü xeyriyyə işləri göz qabağındadır. Və bu xeyirxahlığı Pakistan xalqı heç vaxt unutmayacaq”.

 

Bunu İslamabadda keçirilən “Humanizm simvolu - 2012-ci ilin adamı” adlı mərasimdə giriş sözü ilə Pakistan Qadın Könüllülər Təşkilatının sədri Samina Şah bildirib.

 

İslamabada ezam olunmuş əməkdaşımız Səbuhi Məmmədlinin verdiyi məlumata görə,

Qadın Könüllülər Təşkilatı və Pakistanın ən nüfuzlu nəşri “Deyli Tayms” qəzetinin rəyi nəticəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistanda “İlin adamı” elan olunub.

 

Tədbirdə Pakistanın  dövlət və hökumət nümayəndələri, parlament üzvləri, çoxsaylı jurnalistlər, Pakistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.

 

Mərasimdə Mehriban Əliyeva və Heydər Əliyev Fondunun fəaliyyəti barədə film nümayiş olunub. Bundan sonra Pakistan Milli Assambleyasının sədri vəzifəsini icra edən Fəsəl Kərim Kundi Mehriban Əliyevanın fəaliyyətini iki ölkə arasında dostluq münasibətlərinin əyani göstəricisi adlandırıb. Cənab Fəsəl Azərbaycanın birinci xanımının mükafatını ölkəmizin Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarova təqdim edib.

 

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov təşkilatçılara minnətdarlığını bildirib.

 

Mərasimlə bağlı geniş reportaj bir azdan Lent.az-da…

 

Səbuhi Məmmədli,

İslamabad

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 961
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar