İlham Əliyev Moldova prezidentini təbrik etdi
26 avqust 2014 18:49 (UTC +04:00)

İlham Əliyev Moldova prezidentini təbrik etdi

Prezident İlham Əliyev Moldovanın milli bayramı – Müstəqillik günü münasibətilə bu ölkənin prezidenti Nikolaye Timoftiyə təbrik məktubu ünvanlayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:

 

“Hörmətli cənab Prezident, Moldova Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli və dinamik inkişafı, əlaqələrimizin daha da genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Moldova xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613
avatar

Yalçın UĞUR

Oxşar yazılar