Prezident İlham Əliyev Türkiyənin müdafiə naziri İsmet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyi vurğulanıb. Keçirilməsi nəzərdə tutulan birgə hərbi təlimlərin Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin genişləndirilməsi baxımından önəmi qeyd olunub.
Türkiyənin müdafiə naziri İsmet Yılmazın ölkəmizə səfərinin bu sahədə əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik vurğulanıb.