<span style="color:red;">Zakir Həsənov:  "...bütün hədəflər vuruldu" - <span style="color:red;">YENİLƏNİB
22 iyun 2016 14:16 (UTC +04:00)

Zakir Həsənov: "...bütün hədəflər vuruldu" - YENİLƏNİB

 

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov son günlər keçirilən təlimlər barədə danışıb.

 

APA-nın təlimin izləyən əməkdaşının verdiyi məlumata görə, Z. Həsənov ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə keçirilən təlimi yüksək qiymətləndirib: “Cənab prezident, Ali Baş Komandan Silahlı Qüvvələrimizin qarşısında vəzifələr qoyub. Bu vəzifələri yerinə yetirmək üçün gecə-gündüz təlimlər keçirməli, şəxsi heyətin döyüş hazırlığını yüksəltməliyik. Mən Baş Qərargah qarşısında vəzifə qoymuşam ki, bütün təlimlər döyüş şəraitinə uyğun keçirilməlidir və keçirilir. Müavinlərim və hərbi birləşmə komandirləri ilə də təlimin gedişində müzakirələr apardım. Tam məsuliyyətimlə deyirəm ki, təlimlər yüksək səviyyədə keçdi, qarşıya qoyulan məqsəqlərə nail olduq, bütün hədəflər vuruldu".

 

Ölkə başçısı tərəfindən Silahlı Qüvvələrdə aparılan islahatlara toxunan nazir qeyd edib ki, bu islahatlar artıq nəticəsini verir: “Silahlı Qüvvələrimizdə kompleks islahatlar həyata keçirilir. Bu gün Silahlı Qüvvələrdə mövcud olan yüksək səviyyəli döyüş hazırlığı bu islahatların nəticəsidir. Azərbaycan Ordusunun istifadəsində olan müasir avadanlıqlar və silahlar aparıcı dövlətlərin Silahlı Qüvvələri ilə eynidir. Bütün bunlar ölkə başçısının ordumuza göstərdiyi diqqətin nəticəsidir”.

 

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan operativ-taktiki təlimləri başlayıb.

 

Bu gün cəbhə boyu ərazilərdə təlimlərin növbəti döyüş atışlı mərhələsi keçirilib.

 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun da iştirak etdiyi atışlı mərhələdə fərqlənən hərbçilər mükafatlandırılıb.

 

İyunun 24-dək davam edəcək təlimlərdə 25 min nəfərədək şəxsi heyət, 300-də çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri iştirak edir.

 

**

11:16

Azərbaycan Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan başlanan operativ-taktiki təlimlər davam edir. APA-nın xəbərinə görə, bu gün cəbhə boyu ərazilərdə təlimlərin növbəti döyüş atışlı mərhələsi başlayıb.

 

Təlimdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov da iştirak edir. Təlim başlanmazdan əvvəl nazir birlik, birləşmə, hərbi hissə və qərargah rəhbərləri ilə görüşüb. O, Təlimlərin təşkili vəziyyəti ilə maraqlanıb, göstərişlərini verib. Daha sonra təlim başlayıb.

 

Qeyd edək ki, təlimlər iyunun 24-dək davam edəcək. Təlimlərdə 25 min nəfərədək şəxsi heyət, 300-də çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri iştirak edir.

# 181
avatar

APA Baycan

Oxşar yazılar

Tovuz atəşə tutuldu

Tovuz atəşə tutuldu

13 aprel 2024 , 09:10
Ermənilər Daşkəsəni atəşə tutdu

Ermənilər Daşkəsəni atəşə tutdu

12 aprel 2024 , 18:54
Ermənilər Qarabağda niyə qalmadı?  - Paşinyan AÇIQLADI

Ermənilər Qarabağda niyə qalmadı? - Paşinyan AÇIQLADI

10 aprel 2024 , 13:18
Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

10 aprel 2024 , 08:09
İlham Əliyevdən Ramazan bayramı paylaşımı

İlham Əliyevdən Ramazan bayramı paylaşımı

9 aprel 2024 , 21:05
Ermənilər Naxçıvanı  atəşə tutdu

Ermənilər Naxçıvanı atəşə tutdu

9 aprel 2024 , 18:37
Erməni tərəf Kəlbəcəri atəşə tutub

Erməni tərəf Kəlbəcəri atəşə tutub

9 aprel 2024 , 13:50
Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

9 aprel 2024 , 09:08