Azərbaycanlılar Vaşinqtonda aksiya keçiriblər
23 fevral 2013 10:47 (UTC +04:00)

Azərbaycanlılar Vaşinqtonda aksiya keçiriblər

 

Vaşinqtonda yaşayan azərbaycanlı icmasının nümayəndələri Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Aksiyanın təşkilatlarından ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) təsisçisi və Direktorlar Şurasının üzvü Adil Bağırov APA-nın Vaşinqton müxbirinə bu kimi etiraz aksiyalarının on ildən artıqdır keçirildiyini deyib.

 

“Bu aksiyalar Amerika ictimaiyyətinin diqqətini Ermənistan hökuməti və silahlı qüvvələrinin, o cümlədən indiki prezident və müdafiə nazirinin 1992-ci ildə Xocalıda törədilmiş Avropanın insanlığa qarşı törədilmiş ən böyük cinayətinə cəlb etmək məqsədi daşıyır. Bu i keçirilən aksiyaya İrandan olan soydaşlarımız, həmçinin özbək və türk diasporunun nümayəndələri də qatılmışdılar”.

 

Qeyd edək ki, onlarla insanın iştirak etdiyi aksiyanın təşkili ilə USAN-ın ikinci həmtəsisçisi və Direktorlar Şurasının üzvü Bədir Məmmədli məşğul olub. 

 

Aksiya iştirakçıları həmçinin İranda Azərbaycan dilinin sıxışdırılması ilə əlaqədar ABŞ Dövlət Departamenti qarşısında da aksiya keçiriblər. Aksiya Ana Dili Gününə həsr olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575
avatar

Oxşar yazılar