Messi Argentina millisi ilə vidalaşdı
21 iyul 2026 10:50 (UTC +04:00)

Messi Argentina millisi ilə vidalaşdı

0

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatının finalından əvvəl komanda yoldaşlarına bunun yığmadakı son oyunu olacağını bildirib.

Apasport.az xəbər verir ki, bu barədə argentinalı jurnalist Ernan Kastilyo məlumat yayıb.

Mənbənin iddiasına görə, 39 yaşlı futbolçu oyundan əvvəl paltardəyişmə otağında emosional çıxış edib.

Ulduz futbolçu komanda yoldaşlarına nəticədən asılı olmayaraq bunun milli karyerasındakı son matçı olduğunu bildirib.

Messinin qərarını açıqlamasından sonra komandanın bir çox üzvü göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Messi 2005-ci ildən Argentina millisinin formasını geyinir. O, yığma ilə dünya kuboklarında 2022-ci ildə çempion, 2026-ci ildə finalçı olub. Messi həmçinin ikiqat Amerika Kubokunun (2021, 2024) və Finalissimanın (2022) qalibidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1030

Oxşar yazılar