Prezident İlham Əliyev birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən Nəbiyev Mahmud Yusif oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri, Əliyev Natiq Mürsəl oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri, Süleymanov Əli Ziya oğlu - Cəlilabad Hərbi Məhkəməsinin sədri, Kazımov Elçin Məmməd oğlu - Lənkəran Rayon Məhkəməsinin sədri təyin edilib.
Prezident İlham Əliyev eləcə də Gəncə Apellyasiya Məhkəməsinə sədr təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Tapdıq Şükür oğlu Mahmudov Gəncə Apellyasiya Məhkəməsinin sədri təyin olub.
Məhkəmə-Hüquq Şurasının bir sıra hakimlərin səlahiyyətlərinin uzadılmasına və bəzi hakimlərin vəzifələrinin dəyişdirilməsinə dair təkliflərini prezident İlham Əliyev tərəfindən nəzərə alınaraq dəyişiklik edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi
Nəbiyev Mahmud Yusif oğlu
Məcidov Azad Əli Ağa oğlu
İsmayılov Eldar Herov oğlu
Gəncə Ağır Cinayətlər Məhkəməsi
Mahmudov Faiq Nüsrət oğlu
Lənkəran Ağır Cinayətlər Məhkəməsi
Cəlilov Oruc Yusif oğlu
Əliyev Elşad İbiş oğlu
Nəbiyev Cəlil Cabbar oğlu
Nuriyev Xamməd Abış oğlu
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi
Baxışova Vüsalə Ələkbər qızı
Məmmədov Elçin Qüdrət oğlu
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi
Kərimli Rüstəm Lətif oğlu
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi
Quliyev İsmayıl Rza oğlu
Pirverdiyev Zaur Rafiq oğlu
Şirvan İnzibati-İqtisadi Məhkəməsi
Abuşov İxtiyar Əliyar oğlu
Cəlilabad Hərbi Məhkəməsi
Süleymanov Əli Ziya oğlu
Tərtər Hərbi Məhkəməsi
Allahverdiyev Elbəy Hidayət oğlu
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi
Əhmədov Fəqan Rövşən oğlu
Ağstafa Rayon Məhkəməsi
Hüseynov Mübariz Rahil oğlu
Göygöl Rayon Məhkəməsi
Məmmədov Rafiq Rəşid oğlu
Kəlbəcər Rayon Məhkəməsi
Qəniyev Həsən Salman oğlu
Laçın Rayon Məhkəməsi
İbrahimov Cavad Cavanşir oğlu
Samux Rayon Məhkəməsi
Zeynalova Səadət Nazim qızı
Tərtər Rayon Məhkəməsi
Məmmədov Mübariz Sərxoş oğlu
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilib:
Samir İmamverdi oğlu Əliyev Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib.
Dadaş Hüseyn oğlu İmanov Tərtər Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib.
Şirvan İbrahim oğlu Məmmədov Cəlilabad Hərbi Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib.
Fuad Akif oğlu Mirabov Kəlbəcər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi təyin edilsib.