Azərbaycan prezidenti İlham Əliyev Dağıstan prezidenti Ramazan Abdulatipova təbrik məktubu göndərib.
Lent. az-ın məlumatına görə, məktubda deyilir: “Sizi Dağıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Əminəm ki, xalqlarımız arasında tarixən yaranmış dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafı və möhkəmlənməsi bundan sonra da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında çoxtərəfli əməkdaşlığa, Qafqazda sülhün, sabitliyin və tərəqqinin təmin olunmasına şərait yaradacaq”.