Bu il oktyabrın ortalarında Avropa İttifaqında (Aİ) Azərbaycanla strateji tərəfdaşlıq haqqında saziş üzrə danışıqlara başlamaq üçün mandat verilə bilər.
Bu barədə APA-ya açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.
Nazir müavini qeyd edib ki, Aİ daxilində bununla bağlı proses gedir.
M. Məmmədquliyev Aİ-də Azərbaycan üzrə alt komitələrin Bakıda iclasının keçiriləcəyini bildirib: "Biz onlarla danışmışıq və işə başlayacağıq. Səhv etmirəmsə, ilk komitənin iclası sentyabrda, sonuncusu isə dekabrda olacaq. Bütün iclaslar Bakıda baş tutacaq. Tarixləri demək olar ki, məlumdur".