Amerikalı həmsədrdən Ermənistana <span style="color:red;">ÇAĞIRIŞ:  <span style="color:red;">"Girovları qaytarın"
04 fevral 2015 17:54 (UTC +04:00)

Amerikalı həmsədrdən Ermənistana ÇAĞIRIŞ: "Girovları qaytarın"

 “Biz, aidiyyətı olan dövlət rəsmilərini, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycan hökumətinə qaytarılmasına çağırırıq”. Lent.az-ın məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik İctimai Televiziyanın Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən soydaşlarımız - Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərlərində aparılan qondarma məhkəmə prosesi ilə əlaqədar sorğusuna cavabında bildirib.

Uorlikin sözlərinə görə, bu kimi humanist addım tərəflər arasında etimadın yaradılmasına və gərginliyin azaldılmasına yardım edə bilər. “Həm keçmiş təcrübədə olduğu kimi, həm də Həştərxan Bəyannaməsinə uyğun olaraq tərəflər girovların qaytarılması istiqamətində razılığa gəlmişlər və biz ümid edirik kı, vəziyyətdən çıxış üçün eyni addımlar bu dəfə də atıla bilər” - deyə, həmsədr bildirib.

 



 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 106
avatar

Oxşar yazılar