Səməd Seyidov: “Ermənilər nə vaxtsa masa arxasında oturacaqlar"
23 iyun 2016 18:37 (UTC +04:00)

Səməd Seyidov: “Ermənilər nə vaxtsa masa arxasında oturacaqlar"

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəriSəməd Seyidov qurumun sədri Pedro Aqramuntla görüş keçirib.

 

 

APA-nın Avropa müxbirinin xəbərinə görə, S. Seyidov assambleya sədri ilə bir çox məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi, eləcə də AŞPA-da Ermənistan və Azərbaycan nümayəndə heyətləri arasında görüşlərin təşkilinin mümkünlüyü haqqında müzakirələr apardıqlarını bildirib: “AŞPA sədri ilə çox konstruktiv görüş keçirdik və hesab edirəm ki, hər dəfə sessiyada AŞPA sədri ilə görüşərək fikir mübadiləsi aparmaq ümumilikdə Azərbaycan və Avropa Şurası arasındakı münasibətlərə müsbət təsir edir. Əlbəttə ki, görüşümüzdə əsas mövzulardan biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi oldu. Biz belə bir fikirdəyik ki, AŞPA-da Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin arasında görüşlərin təşkil edilməsi zəruridir. Biz bu görüşlərə çoxdan hazırıq, ancaq erməni tərəfi həmişə bu görüşlərdən imtina edir. Əminəm ki, nə qədər imtina etsələr də, nə vaxtsa gəlib masa arxasına oturacaqlar. Çalışırıq ki, üzümüzə gələn növbəti sessiyada belə bir görüş keçirilsin və biz parlament səviyyəsində həm münaqişə ilə bağlı, həm də Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin AŞPA-nın fəaliyyəti ətrafında müzakirələr aparaq. Hesab edirəm ki, bu, çox ciddi bir məsələdir. Bununla yanaşı, biz AŞPA sədri ilə Azərbaycanda son islahatlar və dəyişikliklərlə bağlı ətraflı fikir mübadiləsi apardıq və bu da bizim üçün çox xeyirli idi. Ümumi şəkildə mən bu görüşü müsbət qiymətləndirirəm və hesab edirəm ki, belə görüşlər bizim üçün çox xeyirlidir”. 

# 141
avatar

Oxşar yazılar

Tovuz atəşə tutuldu

Tovuz atəşə tutuldu

13 aprel 2024 , 09:10
Ermənilər Daşkəsəni atəşə tutdu

Ermənilər Daşkəsəni atəşə tutdu

12 aprel 2024 , 18:54
Ermənilər Qarabağda niyə qalmadı?  - Paşinyan AÇIQLADI

Ermənilər Qarabağda niyə qalmadı? - Paşinyan AÇIQLADI

10 aprel 2024 , 13:18
Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

10 aprel 2024 , 08:09
İlham Əliyevdən Ramazan bayramı paylaşımı

İlham Əliyevdən Ramazan bayramı paylaşımı

9 aprel 2024 , 21:05
Ermənilər Naxçıvanı  atəşə tutdu

Ermənilər Naxçıvanı atəşə tutdu

9 aprel 2024 , 18:37
Erməni tərəf Kəlbəcəri atəşə tutub

Erməni tərəf Kəlbəcəri atəşə tutub

9 aprel 2024 , 13:50
Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

9 aprel 2024 , 09:08