Putin Ərdoğana: [b]"Türkiyənin bu vəziyyətdən çıxacağına inanırıq"[/b]
09 avqust 2016 15:38 (UTC +04:00)

Putin Ərdoğana: [b]"Türkiyənin bu vəziyyətdən çıxacağına inanırıq"[/b]

"Rusiya Konstitusiyaya zidd istənilən addımın əleyhinədir".

 

APA-nın məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.

 

O, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Türkiyə prezidentinə zəng edən ilk liderlərdən olduğunu xatırladıb: “Biz dövlət çevrilişinə qarşıyıq. Sizin rəhbərliyiniz altında Türkiyə xalqının bu vəziyyətdən çıxacağına inanırıq”.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiyanın bu məsələdəki mövqeyinə görə çox məmnun olduğunu bildirib. O qeyd edib ki, Türkiyə xalqı çevrilişə qarşı olduğunu avqustun 7-də keçirilən demokratiya mitinqində bir daha nümayiş etdirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 141
avatar

APA Baycan

Oxşar yazılar