Putin: “Rusiya ilə Azərbaycanı dostluq münasibətləri bağlayır”
01 noyabr 2016 11:40 (UTC +04:00)

Putin: “Rusiya ilə Azərbaycanı dostluq münasibətləri bağlayır”

 

“Əsrlərdir Rusiya ilə Azərbaycanı dostluq və mehriban qonşuluq  münasibətləri bağlayır”.

 

APA-nın məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putinin 7-ci Azərbaycan-Rusiya regionlararası forumun iştirakçılarına göndərdiyi təbrik məktubunda deyilir.

 

Məktubu Rusiya Prezident Administrasiyasının Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov oxuyub.

 

Məktubda qeyd olunur ki, bu forum inteqrasiya proseslərinin inkişafına və qarşılıqlı maraq kəsb edən əməkdaşlığa təkan verəcək: “Ümid edirəm ki, forumda konstruktiv dialoq aparılacaq və onun gündəliyi iqtisadi əməkdaşlığa, korporativ əlaqələrinin dərinləşməsinə təkan verəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 146
avatar

APA Baycan

Oxşar yazılar